Son Xəbərlər:
Mingəçevirdə gənclərin hərbi xidmətə yolasalma mərasimi keçirildi

Mingəçevirdə gənclərin hərbi xidmətə yolasalma mərasimi keçirildi

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər şöbəsi, ictimai birliyin Mingəçevir şəhər filialının üzvləri Mingəçevir şəhər rəhbərliyi ilə birlikdə şəhər gənclərinin hərbi xidmətə yolasalma mərasimində iştirak etmişlər.

Mərasimdə əvvəlcə dövlət bayrağı gətirildi, sonra dövlət himni oxundu. Şəhər icra hakimiyyətinin başçısı İ.İsmayılov çıxış edərək gənclərə hərbi xidmətdə uğurlar dilədi. Onlara xidmət etdikləri yerlərdə Mingəçevirin şərəfli adını uca tutmağı tövsiyə etdi.

Sonra xidmət rəisi polkovnik Ş.Xasıyev gələcək əsgərlərə öz tövsiyələrini çatdırdı. Onlara komandir və rəislərin əmr və göstərişlərini layiqincə yerinə yetirməyi tapşırdı.

İctimai birliyin üzvü, Qarabağ müharibəsi əlili Ağazadə Məhəmmədəli çıxış edərək gələcək əsgərlərə öz tövsiyələrini, arzu və istəklərini bildirdi. Onlara uğurlu xidmət, sağ-salamat valideynlərinin yanına qayıtmağı arzuladı.

Sonda gənclər müqəddəs Qurani Kərimin altından keçərək ulu bayrağımızı öpüb xidmət edəcəkləri hərbi hissələrə yola düşdülər.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок