Son Xəbərlər:
Milli Qəhrəman Akif Əkbərovun xatirəsi anıldı

Milli Qəhrəman Akif Əkbərovun xatirəsi anıldı

Iyulun 2-si Azərbaycan Polisi günüdür. Bu münasibətilə DİN-in Beyləqan rayon polis şöbəsinin əməkdaşı olmuş, Milli Qəhrəman Akif Əkbərovun xatirəsi onun döyüş yoldaşları tərəfindən anılmış, büstü önünə gül dəstələri qoyulmuşdur.

Akif Əkbərov 1952-ci il fevralın 2-si Cəbrayıl rayonunun Balyand kəndində anadan olmuşdur. 1969-cu il Beyləqan şəhər 1 saylı orta məktəbini bitirib. 1970-ci il Azərbaycan Silahlı Qüvvələrinin Milli Ordusunun sıralarına yollanıb. 1972-ci il ordudan tərxis olunur. 1974-cü ildə Beyləqan rayon Daxili İşlər şöbəsində polis nəfəri kimi fəaliyyətinə başlayır. Sonuncu iş yeri Polis şöbəsinin Dövlət Avtomobil Müfəttişliyi bölməsi olur. Polis baş çavuşu Akif Əkbərov həmin bölmədə yol-patrul xidməti müfəttişi vəzifəsində işləyirdi.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок