Son Xəbərlər:
Milli Qəhrəman Əlyar Əliyev Yusif oğlunun xatirəsinə həsr olunmuş tədbir keçirirlib

Milli Qəhrəman Əlyar Əliyev Yusif oğlunun xatirəsinə həsr olunmuş tədbir keçirirlib

«Yeniyetmə və gənclər arasında Milli Qəhrəmanlarımızın tanıdılmasına həsr olunan tədbirlərin təşkili» layihəsi çərçivəsində Mübariz İbrahimov adına incəsənət rəsm qalereyasında Milli Qəhrəman  Əlyar Əliyev Yusif oğlunun xatirəsinə həsr  olunmuş tədbir keçirilmişdir. Tədbirin təşkilatçısı 20 Yanvar ictimai birliyidir. Tədbir Azərbaycan Respublikasının Prezidenti  yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilmişdir. Tədbirdə ictimai birliyin işçi heyəti və üzvləri, ehtiyatda olan hərbi qulluqçular, media nümayəndələri və  8 saylı tam orta məktəbin  şagirdləri  iştirak etmişlər.

Layihənin rəhbəri Sultan Əzimzadə tədbiri giriş sözü ilə açaraq bildirib  ki, 1990-cı ildən təşkilat olaraq yeniyetmə və gənclər arasında vətənpərvərlik hisslərinin və vətən sevgisinin aşılanması istiqamətində maarifləndirici tədbirlər təşkil olunsa da, bu  yönümdə davamlı olaraq  təbliğat və maarifləndirmə işləri görülməlidir. Qəhrəmalıq tariximiz gənc  nəslin yaddaşına  həkk olunmalıdır ki, vətən uğrunda canından keçmiş qəhrəman oğullarımızın xatirəsi unudulmasın.

Xəbər Visiontv.az saytından götürülmüşdür.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок