Mehdi Mehdiyev Qobustan və Novxanıda seçicilərlə görüş keçirib

6-7 fevral tarixində 50 saylı Abşeron-Qobustan seçki dairəsindən deputatlığa namizəd Mehdi Mehdiyev seçicilərlə görüş keçirmişdir.

Görüş Abşeron rayonunun Qobustan və Novxanı kəndlərində baş tutmuşdur.

Görüş zamanı Qarabağ Müharibəsi əlili, Əfqanıstan Müharibəsi və Silahlı Qüvvələr veteranı, Azərbaycan Bayrağı ordenli, ehtiyatda olan polkovnik Mehdi Mehdiyev çıxışında seçki platforması haqqında geniş məlumat verdi.

Mehdi Mehdiyev, həmçinin öz çıxışında Cənab Prezident İlham Əliyevin apardığı islahatlar strategiyasına hər zaman dəstək olduğu kimi millət vəkili kimi də bu siyasəti dəstəkləyəcəyini bildirdi.

Mehdi Mehdiyev hər bir sakinə xüsusi diqqət və qayğı göstərəcəklərini və müntəzam olaraq seçicilərlə əlaqə saxlayacağına söz verdi.

Sonra kənd sakinləri çıxışlarında Mehdi Mehdiyevi çoxdan tanıdıqlarını, ona etimad göstərdiklərini və 9 fevralda seçkiyə gedib öz hüquqlarından istifadə edərək seçim edəcəklərini bildirdilər.

Daha sonra kəndlərdə Şəhid olanların abidələri ziyarət edilmiş, gül dəstələri qoyulmuşdur. 

Mehdi Mehdiyev Qobustan və Novxanıda seçicilərlə görüş keçirib - FOTO
Mehdi Mehdiyev Qobustan və Novxanıda seçicilərlə görüş keçirib - FOTO