Son Xəbərlər:
Mayın 15-də «Enactus AzMİU” komandasının təşkilatçılığı ilə Karvan Art Gallery-də sərgi keçiriləcək.

Mayın 15-də «Enactus AzMİU” komandasının təşkilatçılığı ilə Karvan Art Gallery-də sərgi keçiriləcək.

Sərgidə «GafGart” layihəsinin əməkdaşlarının fəaliyyətini özündə əks etdirən işlər nümayiş olunacaq.

Sərgi iştirakçıları rəsm əsərləri, musiqi alətləri, milli geyimlər, toxuculuq, milli suvenirlər, xalçalar, gənc yazarların kitabları, heykəltaraşlıq və vitraj nümunələri ilə tanış olmaq imkanı qazanacaqlar.

«Enactus AzMİU” komandasından Xeberle.com-a bildiriblər ki, layihədə bir çox sahəyə aid kateqoriyalar göstərilib: «Hər biri strateji əhəmiyyətli sahələrdir. Bu sahələrə İnformasiya Kommunikasiya Texnologiyaları (İKT), virtual aləm, mobil rabitə daxildir.

Həmçinin, ölkəmizdə olan tarixi sənətlərin, əl işlərinin, qabların və s. bu kimi incəsənət məhsullarına həm yerli, həm də xarici vətəndaşlara mükəmməl şəkildə təqdim etməyi nəzərdə tutmuşuq.”
Qeyd olunub ki, Azərbaycan Memarlıq və İnşaat Universitetinin «Enactus AzMİU” komandasının təşəbbüsü ilə «Follow the art step by step” şüarı altında incəsənət məhsullarının satışı üzrə elektron ticarət portalının əsası qoyulub: «GafGart”ın əsas məqsədi ehtiyacınız olacaq bütün məhsulları bir məkanda yerləşdirib vətəndaşlarımızın işini asanlaşdırmaqdır.

Bununla yanaşı bacarıqları tam şəkildə nümayiş etdirməkdir. Layihəmizi «GafGart” adlandırmağımızın əsas səbəbi isə «Gafgaz” və «Art” sözlərinin qısalmış forması olmaqla Qafqazdakı incəsənəti nümayiş etdirməkdir.”

Hər birinizi sərgidə iştirak etməyə dəvət edirik.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок