Son Xəbərlər:
Masallı və Cəlilabad rayonlarında daha 30 aztəminatlı ailə kiçik təsərrüfatlarını qurmaq üçün mal və materiallarla təmin olundu

Masallı və Cəlilabad rayonlarında daha 30 aztəminatlı ailə kiçik təsərrüfatlarını qurmaq üçün mal və materiallarla təmin olundu

Cari ildə özünüməşğulluq proqramı çərçivəsində həmin rayonlarda artıq 200-dək kiçik ailə təsərrüfatı qurulub 

Respublikamızın bütün bölgələrində olduğu kimi, Masallı və Cəlilabad rayonlarında da özünüməşğulluq proqramının icrası işləri uğurla davam etdirilir. Bu gün həmin rayonlar üzrə daha 30 nəfər işsiz və işaxtaran şəxs əsasən kənd təsərrüfatı üzrə kiçik ailə təsərrüfatlarını yaratmaları üçün mal və materiallarla təmin ediliblər.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamının icrası olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən icra olunan özünüməşğulluq proqramı Masallı və Cəlilabad rayonlarında da aztəminatlı ailələrin sosial yardım proqramından asılılığının aradan qalxmasına, onların kiçik sahibkarlığa çıxışına imkan yaradıb. 2018-ci ildə bu iki rayon üzrə 285 (o cümlədən Masallıda 155, Cəlilabadda 130) ailənin proqram çərçivəsində kiçik ailə təsərrüfatlarının yaradılması nəzərdə tutulub. Onlardan artıq 200-dək ailəyə mal və materiallar verilib, digər proqram iştirakçılarına da aktivlərin verilməsi prosesi davam edir.

Mal və materiallarla təmin edilən insanlar işsiz və işaxtaran vətəndaşların özünüməşğulluq fəaliyyətini qurmaları, aztəminatlı ailələrin kiçik bizneslərini yaratmaları üçün göstərilən dəstəyə görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, cari ildə özünüməşğulluq proqramı çərçivəsində verilmiş mal və materiallar hesabına yaradılan kiçik ailə təsərrüfatlarının sayı artıq 1650-yə çatıb.

 AZƏRBAYCAN RESPUBLİKASI
ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİNİN
İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR ŞÖBƏSİ

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок