Son Xəbərlər:
“Məni çağırırsan, Azərbaycan” adlı eksperimental  fotosərgi

“Məni çağırırsan, Azərbaycan” adlı eksperimental fotosərgi

NUR Art qalereyasında House fotosərgilər silsiləsi davam etdirilir. Qalereya bu dəfə sənətsevərlərə rusiyalı fotorəssam və jurnalist Svetlana Komkovanın Azərbaycan təbiəti haqqında təəssüratlarını təqdim edir.

Vetennamine.az saytına sənətşünaslıq elmləri doktoru, NUR Art House qalereyasının baş direktoru professor Röya Tağıyeva tərəfindən verilən məlumata görə 13 oktyabr 2017-ci il tarixində saat 17.00-da NUR Art House qalereyasında açılan sərginin təşkilatçıları Rusiya Fotorəssamlar Birliyinin Regional Şöbəsi və Azərbaycan Fotoqrafları Birliyidir. Fotoqrafın Azərbaycana beşgünlük səfərinin təəssüratlarından ibarət bu fotoreportaj hər iki təşkilatın qarşılıqlı əlaqələrinin bəhrəsi olub, eksperimental sərgi xarakteri daşıyır.

Sərginin fərqli xüsusiyyətlərindən biri də Başqırdıstanda yaşayıb-yaradan Svetlana xanımın vahid kökdən doğan xüsusiyyətləri, ortaq mədəni dəyərləri nəzərə çatdırması, Ufa şəhərinin sakinlərinə Azərbaycanı Şərq mədəniyyətinin dəyərləri ilə Avropanın özəlliklərini özündə birləşdirən, geniş turizm potensialına malik ölkə kimi tanıtmaq arzusudur.

Mədəni irsimizin qorunması, saxlanılması və tanıdılmasını, mədəniyyətlərarası mübadilənin təşviqini qarşısına məqsəd qoyan NUR Art House qalereyası tanınmış fotoreportyor və jurnalist Svetlana Komkovanın tamaşaçı və oxucularına müraciətini Azərbaycan foto həvəskarlarına təqdim etməklə, təbiətimizi, tariximizi, keçmişimizi, bu günümüzü və gələcəyimizi yeni prizmadan göstərmək qərarına gəldi.

Fototur yalnız tanışlıq səfəri deyil…

Sənətkarın fikrincə, “Fototur  yalnız tanışlıq səfəri deyil, birinci növbədə Azərbaycan və Başqırdıstan arasında sosial və mədəni sahələrdə əlaqələrin qurulmasıdır. Bu qarşılıqlı əlaqə iki qardaş xalq arasında dostluq və əməkdaşlığın gələcək inkişafını müəyyənləşdirir. Bizim ümumi cəhətlərimiz çoxdur. Dil və milli mədəniyyət ənənələri, mədəni əlaqələr bir-birinə bənzəyir və iki respublikanın xalqları arasında yaxşı qonşuluq, maraq və mənəvi bağlılığı təmin etməyə imkan verir.”

Svetlana Komkova “Mən dünyanı belə görürəm!” internet jurnalının  və “Rusiyanın pravoslav üzləri” mənəvi və təhsil internet layihəsinin müəllifidir. Respublika sərgilərinin daimi iştirakçısı, respublika və ümumrusiya müsabiqələrinin məzunudur. Rusiyanın “Müstəqil Həmkarlar İttifaqları Federasiyasının yubiley medalı”, “Rusiyanın 100 illik peşə quruluşları” və Kamçatka Qubernatorunun minnətdarlığı ilə mükafatlandırılıb.

Svetlana Komkova: “Azərbaycanla tanışlıq mənim həyatımın parlaq, vacib, uzunmüddətli epizodlarından biridir”

“Bütün həyat epizodlardan ibarətdir.  — Svetlana davam edir. — Onlar əhəmiyyətli olurlar və bəziləri sadəcə birləşirlər. Azərbaycanla tanışlıq mənim həyatımın parlaq, vacib, uzunmüddətli epizodlarından biridir, xatirələr, bu barədə yalnız mənim həyatımın qalan hissəsini bəsləmək deyil, həm də yeni duyğu və vəzifələrlə yenidən yaşamaq istərdim!”.

Əziz sənətsevərlər!

Sizi bu gözəl sərgiyə tamaşa etməyə dəvət edirik.

Ünvanımız dəyişməzdir: Bakı, İçərişəhər, Qəsr küçəsi, 27, NUR Art House.

 

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок