Son Xəbərlər:
«Məktəblilərin yaşıl şəbəkəsi» adlı layihə keçiriləcəkdir

«Məktəblilərin yaşıl şəbəkəsi» adlı layihə keçiriləcəkdir

2019-cu il yanvar ayının 7-si,10-u və 11-i saat 12:30-da Bakı şəhəri Binəqədi Gənclər Evində Azərbaycan Respublikasının Prezidenti yaninda Gənclər Fondunun 11-ci qrant müsabiqəsinin qalibi Sevinc Paşabəyzadənin təqdimatında «Məktəblilərin yaşıl şəbəkəsi» adlı layihə keçiriləcəkdir.

Layihənin məqsədi şagirdlərə ekoloji problemlər  haqqında məlumat vermək və bu  problemlərin həlli istiqamətində tədbirlər planının hazırlanması üsullarını öyrətmək və KİV ilə bu məsələni gündəmdə saxlmaqdan ibarətdir.

Layihəyə təşkilatı dəstək Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi tərəfindən həyata keçiriləcəkdir. Tədbirlərdə  iştirak etmək istəyən şagirdlərin pashabeyzade@mail.ru elektron ünvanına müraciət ederek iştirak edeceyi tarixi göndərmələri  xahiş  olunur.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок