Son Xəbərlər:
Lökbatandakı Heydər Əliyev mərkəzində AXC-nin və Milli Otdunun yaradılmasının 100 illiyi ilə bağlı tədbir keçirilmişdir

Lökbatandakı Heydər Əliyev mərkəzində AXC-nin və Milli Otdunun yaradılmasının 100 illiyi ilə bağlı tədbir keçirilmişdir

2018-ci il 22 iyunda Qaradağ rayonu Lökbatan qəsəbəsi Heydər Əliyev mərkəzində Azərbaycan QMƏVŞAİB Qaradağ rayon filialı tərəfindən Azərbaycan Xalq Cümhuriyyəti və Milli Ordunun yaradılmasının 100 illiyi ilə əlaqədar tədbir keçirilmişdir.

Tədbirdə  rayon İcra hakimiyyəti başçisinin muavini  Təranə İsmayılova, ictimai birliyin  sədr müavini  Ariz Məmmədov, Azərbaycan Respublikasının  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ  rayon idarəsinin əməkdaşları,  müharibə əlilləri və veteranları iştirak etmişlər.

Tədbirdə Azərbaycan QMƏVŞAİB Qaradağ rayon filialının sədri Maqsud   Heydərov çıxış edərək AXC və Milli Ordunun yaradılmasının 100 illiyi münasibətilə tədbir iştirakçılarını, eləcə də Vətənin müdafiəsində igidlik və mətinliklə dayanan bütün hərbi qulluqçuları təbrik etdi. O bildirdi ki,  Milli Ordumuz bu gün özünün gücü, qüdrəti ilə dünyaya səs salır. Bu isə hər bir vətənpərvər insanda qürur və fəxarət hissi yaradır.

Azərbaycan Silahlı Qüvvələri yarandığı gündən bu günə kimi kimi şərəfli və keşməkeşli yol keçməklə  dünyanın sayılıb-seçilən ordularından biridir. O, çıxışında il ərzində rayon ərazisində yerləşən məktəblərdə və hərbi hissələrdə, eləcə də ön xətdə yerləşən hərbi hissələrdə keçirilən görüşlər haqqında məlumat verdi.

Daha sonra Təranə İsmayılova,  Aris Məmmədov, müharibə əlili Həsrət Almasov çıxış edərək, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda ordu quruculuğu sahəsində görülən işlərdən danışdılar. Çıxışlarda  Azərbaycanda ordu quruculuğu istiqamətində görülən işlər, müharibə statuslu insanlara göstərilən xüsusi diqqət və qayğı qeyd edildi.

Tədbirin sonunda ictimai birliyin tədbirlərində fəal iştirak edənlərə  “Vətən Naminə” və «Vətənpərvərlik işində xitmətlərinə görə» medalları, “Fəxri fərman”lar  təqdim edildi.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок