Son Xəbərlər:
Lökbatandakı  288 saylı məktəbdə «Azərbaycanda ordu quruculuğu»  adlı tədbir keçirilmişdir

Lökbatandakı 288 saylı məktəbdə «Azərbaycanda ordu quruculuğu» adlı tədbir keçirilmişdir

Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən H.Əliyev mərkəzində Qarabağ müharibəsi veteranları və rayonun 288 saylı orta məktəbinin şagirdlərinin iştirakı ilə «Azərbaycanda ordu quruculuğu»  mövzusunda tədbir keçirilmişdir. Tədbirdə rayon icra hakimiyyətinin şöbə müdiri Minus Bayramov, Gənclər və idman idarəsinin rəisi Elçin Abbasov, Azərbaycan QMƏVŞAİB-in Qaradağ rayon filialının sədri Maqsud Heydərov, müharibə veteranları Paşa Məmmədov və aprel döyüşlərinin iştirakçısı Röyal Əşrəfov çıxış edərək Azərbaycanda ordu quruculuğu sahəsində görülən işlər barədə ətraflı məlumat vermişlər. Çıxışlarda Azərbaycan Ordusunun  dünyanın ən güclü orduları sırasında yer tutduğu qeyd olunmuş, ölkəmizin müdafiə qüdrətinin artırılması üçün dövlət tərəfindən atılan addımlar vurğulanmışdır.

Tədbirdə məktəbliləri maraqlandıran suallara cavablar da verilmişdir.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок