Son Xəbərlər:
Lökbatan qəsəbəsində faşizm üzərində qələbənin 74-cü ildönümü qeyd edilmişdir

Lökbatan qəsəbəsində faşizm üzərində qələbənin 74-cü ildönümü qeyd edilmişdir

2019-cu il mayın 7-si Qaradağ rayonu Lökbatan qəsəbəsindəki “Şəhidlər Abidə Kompleksi”nin önündə Böyük Vətən müharibəsində faşizm üzərində qələbənin 74-cü ildönümü münasibətilə tədbir keçirilmişdir.

Tədbirdə  Qaradağ  rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov, Şura üzvləri, müharibə veteranları, hərbçilər, gənclər və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.

Dövlət himninin səslənməsi ilə başlanan tədbirdə  Böyük Vətən Müharibəsində həlak olanların xatirəsi bir dəqiqiqəlik sükutla yad edilmişdir.

Qaradağ rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov, veteranlar və Şura üzvləri hərbi vətənpərvərlik mövzusunda olan musiqi sədaları altında abidə önünə əklil və gül dəstələri qoydular.

Sonra rayonun idarə, müəssisə və təşkilatlar rəhbərləri, ardıcıl olaraq mərasimə toplanmış ictimaiyyət nümayəndələri abidə önünə gül dəstələri qoymaqla öz ehtiramlarını bildirdilər.

Tədbirin sonunda rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov Azərbaycan  QMƏVŞAİB-in Qaradağ rayon filialının üzvləri ilə görüşmus, onların problemləri ilə maraqlanmisdir.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок