Son Xəbərlər:
Lerikin Rvarud kəndində Qarabağ şəhidlərinin  xatirəsinə ucaldılmış abidənin açılış mərasimi olmuşdur

Lerikin Rvarud kəndində Qarabağ şəhidlərinin xatirəsinə ucaldılmış abidənin açılış mərasimi olmuşdur

15 sentyabr 2017-ci il tarixində Rvarud kəndində Qarabağ döyüşlərində həyatını itirən kənd şəhidlərinin  xatirəsinə ucaldılmış abidənin açılış mərasimi olmuşdur.

Mərasimdə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, Bakı şəhərindən dəvət edilmiş qonaqlar, Azərbaycan QMƏVŞAİB Lerik rayon filialının sədri Veysəl Məlikov, Qarabağ müharibəsi veteranları, əlilləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, ağsaqqallar, məktəblilər, ictimaiyyətin nümayəndələri və şəhidlərin yaxınları iştirak edirdilər.

Tədbirdə iştirak edən Qarabağ müharibəsi qaziləri şərəfli döyüş yolu keçmiş şəhidlərin abidəsini ziyarət edərək abidənin önünə gül dəstələri qoydular. Hər bir lerikli gəncin and yerinə şevriləcək şəhid abidə kompleksi qazilərimizin də ziyarətgahına çevriləcəyi tədbirdə xüsusi olaraq vurğulandı.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок