HomeBütün XəbərlərLerikdə şəhid Malik Sədaqət oğlu Bağışovun xatirəsi anıldı

Lerikdə şəhid Malik Sədaqət oğlu Bağışovun xatirəsi anıldı

Lerikdə şəhid Malik Sədaqət oğlu Bağışovun xatirəsi anıldı

Malik Bağışov adına Lerik şəhər 3 saylı tam orta məktəbdə şəhid Malik Sədaqət oğlu Bağışovun anım tədbiri keçirilmişdir.

“Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.1.2-ci bəndinin icrasının təmin edilməsi məqsədilə 20 fevral 2020-ci il tarixdə Malik Bağışov adına Lerik şəhər 3 saylı tam orta məktəbdə Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə sücayət göstərmiş döyüşçülərin və Milli Qəhrəmanların gənclər arasında tanıdılması ilə bağlı şəhid Malik Bağışovun əziz xatirəsinə həsr olunmuş “Qəhrəmanlarımızı tanıyaq və tanıdaq” adlı tədbir keçirilmişdir.

Tədbir iştirakçıları əvvəlcə qəhrəmanın həyatını və keçdiyi döyüş yolunu əks etdirən stendlə tanış oldular. Daha sonra Malikin və Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Tədbiri şəhidin adını daşıdığı 3 saylı tam orta məktəbin direktoru Validə Mədətova açaraq tədbir iştirakçılarını salamladı və belə tədbirlərin gənc nəslin vətənpərvər ruhda tərbiyə olunbmasında müstəsna xidmətlərinin olduğunu vurğuladı. Tərbirdə Azərbaycan QMƏVŞAİB-in Lerik rayon filialının sədri Veysəl Məlikov çıxış edərək Azərbaycan gəncliyinin Malik Bağışovun keçdiyi həyat yolundan və qəhrəmanlığından örnək götürməli olduğunu və onun qəhrəmanlığının Azərbaycan gəncinin Vətənə nə qədər dərin məhəbbət bəslədiyini bir daha sübut etdiyini bildirib. O bunun aprel döyüşlərində bir daha özünü göstərdiyini vurğulayıb.

Daha sonra Lerik rayon Gənclər və İdman İdarəsinin rəisi Natiq İsaqov, Qarabağ qazisi Cəlal Məmiyev, şəhidin qardaşı Namiq Bağışov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsinin əməkdaşı Bulud Əliyev, 3 saylı tam orta məktəbinin müəllimi İlham Zülfiyev çıxış edərək Malik Bağışovun igidliyindən danışmış, onun qısa, lakin şərəfli ömrünün gənclər üçün örnək olduğunu qeyd etmişlər.

Tədbirdə Lerik şəhər 3 saylı tam orta məktəbinin şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya nümayiş olunmuşdur.