HomeBütün XəbərlərLerikdə şəhid ailələri bayram münasibətilə təbrik olunmuşlar

Lerikdə şəhid ailələri bayram münasibətilə təbrik olunmuşlar

Lerikdə şəhid ailələri bayram münasibətilə təbrik olunmuşlar

2020-ci il martın 16-sı Lerik rayonunda SHXÇDX-nin rayon şöbəsinin rəisi polkovnik Arif Həsənov, xidmətin zabiti İsmət Hacıyev və Azərbaycan QMƏVŞAİB-in Lerik rayon filialının sədri Veysəl Məlikov kənd icra nümayəndəsi ilə birlikdə kəndlərdə yaşayan şəhid ailələrini Novruz bayramı münasibətilə təbrik etmiş, bayram sovqatları vermişlər.

Şəhid ailələrinə göstərdikləri bu diqqət və qayğıya görə təbrik olunanlar dövlət rəhbərinə, xidmətin əməkdaşlarına və gələn qonaqlara dərin minnətdarlıqlarını bildirmişlər.