Lerikdə şəhid Ağayev Ruslan Qalib oğlunun xatirəsinə həsr olunmuş karate üzrə cənub regional çempionatı keçirilmişdir

2019-cu il iyunun 29-u Lerik rayon İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan QMƏVŞAİB-in Lerik rayon filialının, Lerik rayon Gənclər və Idman İdarəsinin və  Azərbaycan Karate-do Federasiyası “Ayaz” karate klubunun birgə təşkilatçılığı ilə şəhid Ağayev Ruslan Qalib oğlunun əziz xatirəsinə həsr olunmuş karate üzrə cənub regional çempionatı keçirilmişdir. Çempionatda respublikanın əksər bölgələrini təmsil edən 300-ə yaxın idmançı iştirak etmişdir.  Qaliblərə kubok, medal və diplomlar təqdim olunmuşdur.