Son Xəbərlər:
Lerikdə 1 oktyabr – Beynəlxalq Ahıllar günü ahıllarla görüş keçirildi

Lerikdə 1 oktyabr – Beynəlxalq Ahıllar günü ahıllarla görüş keçirildi

Beynəlxalq Ahıllar Günü ölkəmizdə 1993-cü ildən qeyd olunur. Xalqımızın ümummilli lideri Heydər Əliyev ahıl insanlara, onların problemlərinə hər zaman böyük diqqət və qayğı ilə yanaşıb. Azərbaycanda yaşlı insanların problemlərinə həssas münasibət bu gün də mövcuddur. Pensiya yaşlı insanların sosial müdafiəsinin gücləndirilməsi “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır” deyən Prezident İlham Əliyevin diqqət mərkəzindədir. 750 minədək üzvü olan Yeni Azərbaycan Partiyasının da sıralarında gənc nəslin nümayəndələri ilə yanaşı ahıl insanlar da partiya ətrafında sıx birləşmişdir. Bu gün Partiyamız tərəfindən ölkəmizdə yaşayan ahıl insanlarla mütəmadi görüşlər keçirilir, onlara hər zaman xüsusi qayğı ilə yanaşılır. Bu ənənə ölkəmizin hər bir guşəsində olduğu kimi rayonumuzda da adət halını alıb.

1 oktyabr – Beynəlxalq Ahıllar günü münasibətilə Yeni Azərbaycan Partiyasının Lerik rayon Təşkilatında ahıllarla görüş keçirildi. Partiyanın rayon təşkilatının sədri Cəlil Baxşıyev ahılları ölkə rəhbəri, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin adından təbrik edərək onlara can sağlığı, uzun ömür arzuladı. Çay süfrəsi ətrafında ahıllar hər zaman dövlət qayğısını hiss etdiklərini, cənab Prezidentin siyasətini dəstəklədiklərini bir daha vurğuladılar. Sonra YAP rayon təşkilatının nümayəndələri və Azərbaycan QMƏVŞAİB-in Lerik rayon filialının sədri Veysəl Məlikov rayon ərazisində yaşayan, xüsusi qayğıya ehtiyacı olan Böyük Vətən müharibəsi iştirakçılarına evlərində baş çəkildi, onlara hədiyyələr verildi.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок