Son Xəbərlər:
Lerik şəhərində gənclərin gərbi xidmətə yolasalınma mərasimi keçirilmişdir

Lerik şəhərində gənclərin gərbi xidmətə yolasalınma mərasimi keçirilmişdir

2018-ci il iyulun 6-sı Lerik şəhərində gənclərin hərbi xidmətə yola salınması ilə bağlı tədbir keçirildi.

Heydər Əliyev meydanında keçirilən tədbirdə çağırışçılarla yanaşı, rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov, rayon ictimaiyyətinin nümayəndələri, Azərbaycan QMƏVŞAİB Lerik rayon filialının üzvləri və valideynlər də iştirak edirdilər.

Öncə tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində ulu öndərin həyat və yaradıcılığını əks etdirən eksponatlarla tanış oldular və abidəsini ziyarət edərək, tər gül dəstələri düzdülər.

Mərasim Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlandı.

Tədbiri giriş sözü ilə açan Heydər Əliyev Mərkəzinin direktoru Hüsaməddin Abbasov son illərdə ordumuzun keçdiyi şərəfli yoldan, qazandığı uğurlardan ətraflı söhbət açdı.

Sonra çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsinin rəisi polkovnik Arif Həsənov da son illərdə ordu quruculuğu sahəsində görülən işlərdən, aprel döyüşlərində ordumuzun möhtəşəm qələbəsindən danışdı.

Tədbirdə çıxış edən YAP Lerik rayon Təşkilatının aparat rəhbəri Elxan Qəmbərov, Azərbaycan QMƏVŞAİB Lerik rayon filialının sədri Veysəl Məlikov, şəhid atası Əlizaid Müslümov gənclərə xeyir-dua verdilər, onların hərbi vəzifələrə vicdanla və məsuliyyətlə yanaşmalarını tövsiyə etdilər.

Daha sonra Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov çıxış edərək hərbi xidmətin hər bir vətəndaş üçün müqəddəs borc olduğunu vurğuladı, gəncləri Vətənimizin keşiyində mətanətlə və sayıq dayanmağa çağırdı.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок