Son Xəbərlər:
Lerik rayonunda gənclərin hərbi-vətənpərvərlik tərbiyəsinin inkişaf etdirilməsi ilə əlaqədar tədbir keçirilmişdir

Lerik rayonunda gənclərin hərbi-vətənpərvərlik tərbiyəsinin inkişaf etdirilməsi ilə əlaqədar tədbir keçirilmişdir

Lerik rayon Gənclər və İdman İdarəsinin və Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyinin Lerik rayon filialinin birgə təşkilatçılığı ilə Lerik rayonunda gənclərin hərbi-vətənpərvərlik tərbiyəsinin inkişaf etdirilməsi ilə əlaqədar Azərbaycanın Milli Qəhrəmanı V.Müslümov adına 2 saylı tam orta məktəbdə tədbir keçirilmişdir.

Tədbirdə Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyinin Lerik rayon filialinin sədri, məktəblilər və gənclər iştirak etmişlər.

Tədbiri giriş sözü ilə Lerik rayon Gənclər və İdman idarəsinin rəisi Natiq İsaqov açaraq, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə sücaət göstərmiş döyüşçülərin və milli qəhrəmanların gənclər arasında tanıdılmasının vacibliyindən söz açdı. Daha sonra Azərbaycanın Milli Qəhrəmanı Valeh Müslümovun döyüş yolundan, həyatından və torpaqlarımızın müdafiəsi zamanı göstərdiyi şücaətdən danışaraq qeyd etdi ki, cəsurluq, igidlik, mərdlik nümayiş etdirən Valeh Müslümov Azərbaycan əsgərinin döyüş ruhunun sarsılmazlığını bir daha sübut etdi. Torpaq uğrunda, Vətən uğrunda tərəddüd etmədən həyatını qurban verən qəhrəman oğul və qızlarımızın, vətənpərvər övladlarımızın rəşadət və igidlikləri məhz igid babalarımızın, qeyrətli nənələrimizin solmaz döyüş şöhrətinin bariz təcəssümüdür.

Tədbirdə çıxış edən filial sədri Veysəl Məlikov bildirdi ki, belə qəhrəmanlar heç vaxt ölmür, şəhidlikləri ilə ölümsüzlüyə qovuşurlar. Onlar həmişə bizim qəlbimizdə, qan yaddaşımızdadırlar. Valeh öz qəhrəmanlığı ilə Azərbaycan əsgərinin nəyə qadir olduğunu sübut etdi. Valehdə olan Vətən, torpaq sevgisi, vətənpərvərlik ruhu onu şəhidlik zirvəsinə ucaltdı. Elə ordumuzun aprel döyüşlərində düşmənə verdiyi layiqli cavab bir daha sübüt edir ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuz istənilən zaman öz sözünü deməyə qadirdir. Aprel döyüşləri bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini, ədalətin bərpa olunacağını göstərdi. Düşmən Azərbaycanın gücünü gördü və anladı ki, gec-tez ordumuz daha böyük zəfərlərə imza ataraq ölkəmizin ərazi bötüvlüyünü bərpa edəcək.

Tədbir iştirakçılarına Gənclər və İdman idarəsi tərəfindən vətənpərvərlik mövzusunda hazırlanmış bukletlər paylandı. Sonda tədbir iştirakşıları qəhrəmanın xatirə muzeyindəki eksponatlarla tanış oldular.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок