Son Xəbərlər:
Layihə çərçivəsində “İdeal atçılıq” klubu yaradılıb

Layihə çərçivəsində “İdeal atçılıq” klubu yaradılıb

“Gələcək Naminə” Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə  Samux rayonunda “Çövkən-at yarışlarının təşkili” layihəsi çərçivəsində yekun təlim keçirib.

Samux rayon Karayeri qəsəbəsi 1 saylı orta məktəbin gəncləri arasında təşkil olunan təlimdə rayondakı Heydər Əliyev Mərkəzinin direktoru Aygün Həsənzadə, məktəbin direktoru Bəsti Mahmudova, Samux rayon Gənclər və İdman İdarəsinin rəis müavini Rasim İmamquliyev və layihənin təlimçisi Afərin Namazova iştirak ediblər.

Gənclərə Azərbaycanın qarabağ atları və azərbaycanlıların iştirakı ilə Avropada təşkil olunan yarışlarda komandalarımızın oyunları haqqında məlumat verilib. Onlara atüstü milli oyunlarımız, düz və maneəli qaçışlı yarışlar barədə də ətraflı danışılıb.

Gənclərə maarifləndirici buklet və posterlər paylanıb, fəal iştirakçılara diplomlar təqdim olunub.

Yekun təlimdə “İdeal atçılıq” klubu yaradılıb. Kluba üzv olan yeniyetmələr layihə çərçivəsində təşkil ediləcək at yarışlarında iştirak edəcəklər.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок