Son Xəbərlər:
Laçın rayon filialının üzvləri şəhid Babayev Natiq və Abdullayev Namiqin anım gününü  qeyd etmişlər

Laçın rayon filialının üzvləri şəhid Babayev Natiq və Abdullayev Namiqin anım gününü qeyd etmişlər

Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyinin Laçın rayon filialı Şəhidlər Xiyabanında Qarabağ Müharibəsində şəhid olan döyüşçüləri ziyarət etmişlər. Bildirilib ki, Natiq Babayev və Namiq Abdullayev 1992-cı il oktyabrın 20-də Laçın uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olublar. Onların şəhid olduqları gün heç vaxt yaddan çıxmır və daim xatırlanır. Ziyarətçilər arasında şəhidlərin keçmiş döyüş yoldaşları ilə yanaşı, ailə üzvləri, məktəblilər və müəllmlər də iştirak edirdilər. Məktəblilər qəhrəmanlıqdan bəhs edən şeirlər söyləmişlər.  Qeyd olunmuşdur ki, əsas məqsəd şagirdlərə şəhidlərin heç vaxt yaddan çıxmadığını göstərməkdir.

Sonda vurğulanıb ki, şəhid ailələrinə dövlət tərəfindən hər zaman qayğı və diqqət göstərilir. Filialın sədri, şəhidin döyüş yoldaşı olmuş Babək Aslanov televiziyaya verdiyi müsabiqəsində demişdir ki, dövlətimizin, cəmiyyətimizin şəhid ailələrinə, Qarabağ əlillərinə diqqət və qayğının nəticəsi olaraq biz Laçın rayonundan olan döyüş yoldaşlarımızın şəhid olduqları günü hər il burada qeyd edirik. Məqsdimiz odur ki, bizdən sonrakı nəslin nümayəndələri bilsinlər ki, Vətən üçün şəhid olan insanlar unudulmur.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок