HomeBütün XəbərlərLaçın filialının üzvləri şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə yardım edirlər

Laçın filialının üzvləri şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə yardım edirlər

Laçın filialının üzvləri şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə yardım edirlər

Laçın filialının sədri Babək Aslanov tərəfindən 60 əlil və imkansız ailəyə yardım edilmişdir.

Laçın filialının üzvü, müharibə veteranı Qasımov İsgəndər tərəfindən Göygöl rayonunda yaşayan 60 şəhid ailəsi, əlil və imkansız ailəyə yardım edilmişdir.

Laçın filialının üzvü, II qrup Qarabağ müharibəsi əlili Nazim Qəhrəmanov tərəfindən Bilgəh  qəsəbəsində bir qismi şəhid ailəsi olmaqla 72  imkansız ailəyə yardım edilmişdir.

Laçın filialının üzvü, II qrup  Qarabağ  müharibəsi əlili, iş adamı Adil Qədimalıyev tərəfindən işğal olunmuş Laçın rayonundan olub Bərdə rayonunda məskunlaşmış 60 imkansız ailəyə yardım edilmişdir; onların bir qismi şəhid və Qarabağ müharibəsi əlilinin ailələridir.

Ümumilikdə iş adamları Babək Aslanov, Nazim Qəhrəmanov, İsğəndər Qasımov, Adil Qədimalıyev tərəfindən 350 nəfər laçınlı bayram münasibəti ilə sovqatlarla təbrik edilmişlər.

Laçın filialının üzvü,  iş adamı Nazim Hüseyinov tərəfindən də Bakı şəhərində məskunlaşan  52 şəhid və Qarabağ müharibəsi əlilinin ailələsinə bayram münasibətilə yardım sovqatları verilmişdir.