Son Xəbərlər:
Lənkəranda şəhid ailələri və Qarabağ qaziləri ilə məktəblilərin görüşü keçirilib

Lənkəranda şəhid ailələri və Qarabağ qaziləri ilə məktəblilərin görüşü keçirilib

“Yayım” Assosiasiyası ictimai birliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Qarabağ savaşında əlil olan qazilərimizin tanınması və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə dair tədbirlərin təşkili layihəsi çərçivəsində Lənkəran rayonunun şəhid Ədalət Hüseynov adına Vilvan kənd tam orta məktəbində Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələrinin üzvləri ilə görüş keçirilib.

Tədbirdən öncə məktəbin foyesindəki şəhid Ədalət Hüseynovun büstünün önünə tər çiçəklər düzülüb.

Azərbaycan Respublikasının Dövlət Himni ilə açılan görüşü giriş sözü ilə açan məktəbin direktoru Əliniyaz Ağayev müəllim və şagird kollektivi adından “Yayım” Assosiasiyasına və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına təşəkkürünü bildirib.

Sonra “Yayım” Assosiasiyası İctimai Birliyinin sədri Yaşar Zeynalov icra olunan layihənin əhəmiyyəti və məqsədi barədə məlumat verərək görüşdə iştirak edən Qarabağ veteranlarını iştirakçılara təqdim edib.

Görüşdə çıxış edən Qarabağ veretanlarından Malik Əhədov, Zəki Əhədli, İlkin Əkbərov və digərləri ölkəmizdə müharibə iştirakçılarına və şəhid ailələrinə göstərilən dövlət qayğısından danışaraq gənclərə tövsiyələrini çatdırıblar.

Daha sonra Lənkəran Şəhər Təhsil Şöbəsinin aparıcı mütəxəssisi Cəmil Axundzadə, Azərbaycan Yazıçılar Birliyi Lənkəran bölməsinin sədr müavini, yazıçı-publisist Ağamir Cavadov çıxış edərək gəncləri Vətəni sevməyə, onun uğrunda mübarizəyə həmişə hazır olmağa çağırıblar.

Sonda məktəblilərin ifasında vətənpərvərlik mözusunda ədəbi-bədii kompozisiya təqdim olunub.

Məktəb kitabxanasına və görüşdə iştirak edən şagirdlərə “Yayım” Assosasiyası tərəfindən vətənpərvərlik ruhunda qələmə alınmış 100-ə yaxın bədii-publisistik kitab və məktəb ləvazimatları hədiyyə edilib.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок