Son Xəbərlər:
Kürdəmir və Ağsu rayonlarında Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə yeni yaşayış evləri verilmişdir

Kürdəmir və Ağsu rayonlarında Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə yeni yaşayış evləri verilmişdir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin məlumatına əsasən Kürdəmir və Ağsu rayonlarında Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə yeni yaşayış evləri verilmişdir.

Şəhid ailələrindən Asnaya Mutəllimova və Gülağa Musayev, Qarabağ müharibəsi əlilləri Habil Rzayev, Anar Əhmədov, Zaur Məmmədov, Teymur Əliyev Prezident İlham Əliyevə yeni mənzillərin verilməsi və diqqətə görə təşəkkür etdilər. Onlar şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin sosial təminatının yaxşılaşdırılmasından, şəhidlərin vərəsələrinə birdəfəlik ödəmələrin verilməsindən məmnunluqlarını ifadə etdilər.

Ölkədə mühüm sosial proqramlardan biri də Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin mənzillərlə təmin olunmasıdır və bu istiqamətdə görülən işlər ildən-ilə artır. Bu ilin avqust ayında Bakının Qaradağ rayonunda şəhid ailələri və müharibə əlillərinə 35 mənzil verilmişdir.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок