Kəlbəcərin işğaldan azad olunması münasibətilə yürüş keçirilir
Azərbaycanın Ali Baş Komandanı, Prezident İlham Əliyevin Kəlbəcərin işğaldan azad olunması ilə bağlı xalqa müraciətindən sonra Bakı şəhərində bayram yürüşü başlayıb.
AzQMƏVŞAİB-in Trend-ə istinadən məlumatına görə, müraciətdən sonra Bakı sakinləri Heydər Əliyev Mərkəzindən Şəhidlər Xiyabanı istiqamətində yürüş edib. Əhalinin bir qismi isə eyni vaxtda Bakının Yasamal rayonu, 20 saylı orta məktəb – liseyindən yürüşə start verib.