Son Xəbərlər:
“İstedadlısansa, qüsursuzsan!” devizi altında xeyriyyə tədbiri həyata keçirilib

“İstedadlısansa, qüsursuzsan!” devizi altında xeyriyyə tədbiri həyata keçirilib

3 dekabr – Beynəlxaq Əlillər günü münasibətilə 2017-ci il dekabr ayının 2-si “Mədəni əlaqələrin inkişafına dəstək” ictimai birliyinin (MƏİDİB) təşkilatçılığı və dəstəyi Ilə Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsi ilə birlikdə “İstedadlısansa, qüsursuzsan!” devizi altında xeyriyyə tədbiri həyata keçirilib.

Hər il dekabrın 3-ü Beynəlxalq Əlillər günü kimi qeyd olunur. Məqsəd cəmiyyəti əlillərin problemlərinin həllinə cəlb etmək, əlilliyi olan insanların hüquqlarını qorumaqdır. Bildiyimiz kimi, Azərbaycanda dövlət tərəfindən bu qəbildən olan insanların sosial rifahının yüksəldilməsi istiqamətində mühüm addımlar atılır, bu insanların sosial təminatı ildən-ilə daha da yaxşılaşır.

Ölkəmizdə əlillərin sosial müdafiəsi ilə bağlı həyata keçirilən genişmiqyaslı tədbirlərin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Əlillərin, şəhid ailələri və müharibə veteranlarının sosial müdafiəsi prezident İlham Əliyevin də diqqət mərkəzindədir. Dövlət başcısının uğurlu siyasətini davam etdirmək və əlil uşaqlara mənəvi dəstək olmaq məqsədilə Mədəni Əlaqələrin Inkişafına Dəstək ictimai birliyinin təşkil etdiyi tədbir, əlil uşaqların istedadının sərgilənməsində mühüm rol oynamışdır.

«İstedadlısansa, qüsursuzsan» devizi altında baş tutan tədbirin rəsmi hissəsində ilk öncə çıxış edən MƏİDİB-in sədri İlahə Qismət və Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsinin rəhbəri Rəhnumə Cəfərova arzularını və təbriklərini dilə gətiriblər. İlahə Qismət çıxışında bildirib ki,  başda cənab prezident İlham Əliyev və ölkənin birinci xanımı Mehriban Əliyeva olmaqla bizə bu şəraiti yaradan Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsinin rəhbərliyinə təşəkkür edirik. 1 aydan artıqdır ki, biz əlil uşaqlarla hazırlaşırıq və bir daha şahid olduq ki, həqiqətən də istedadlı olmaq qüsursuz olmaq deməkdir.

Daha sonra tədbir şairə Nazilə Səfərlinin aparıcılığı altında davam edib. Tədbirdə əlil uşaqları sevindirmək və onlara dəstək olmaq məqsədilə ulduzlar əlil uşaqlarla eyni səhnəni bölüşərək onlarla duet oxuyub. Təşkil olunmuş layihə çərçivəsində ulduzlar – xalq artistləri Zümrüd Məmmədova, Gülyaz Məmmədova, muğam ifaçısı Babək Niftəliyev, Qala qrupu, aşıq Solmaz Kosayeva, həmçinin gənc musiqiçilər Lalə Namiqqızı və Toğrul Axundov çıxış ediblər. Sonda əlil uşaqlar arasında viktorina keçirilib və onlara müxtəlif hədiyyələr paylanıb.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок