HomeBütün Xəbərlərİşləyən əlillərə ödənilən pensiyalar artırılacaq

İşləyən əlillərə ödənilən pensiyalar artırılacaq

İşləyən əlillərə ödənilən pensiyalar artırılacaq

30 sentyabr 2015-ci il.

Azərbaycan, Bakı.

İşləyən əlil təqaüdçülərə pensiyaların baza hissəsi ilə yanaşı, sığorta hissəsinin də ödənilməsi nəzərdən keçirilir.

Bu barədə Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev söyləyib.

Onun sözlərinə görə, mövcud qaydalara əsasən, işləyən əlilliyə görə əmək pensiyaçılarına yalnız pensiyanın baza hissəsi ödənilir.

Fond sədri bildirib ki, bu kateqoriyadan olan şəxslərin sosial müdafiəsinin daha da yaxşılaşdırılması üçün mövcud məhdudiyyətin aradan qaldırılması və həmin şəxslərə pensiyanın tam məbləğdə ödənilməsi nəzərdə tutulur.