Son Xəbərlər:
İşğal olunmuş ərazilərimizdə tarixi mədəniyyət abidələrinin talan edilməsinin dünya ictimaiyyətinə çatdırılması problemləri

İşğal olunmuş ərazilərimizdə tarixi mədəniyyət abidələrinin talan edilməsinin dünya ictimaiyyətinə çatdırılması problemləri

Azərbaycan Respublikasının Prezidenti yanənda Qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Tətbiqi Tədqiqatlar Fondu “Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti və onun nəticələri” mövzusunda müzakirələrin təşkili” layihəsi çərçivəsində Strategiya.az saytı ilə birgə Beynəlxalq Mətbuat Mərkəzində seminar keçirib.

06 sentyabr 2018-ci il tarixdə Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikasının Pezidenti yanında Qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Şurassının maliyyə yardımı ilə Tətbiqi Tədqiqatlar Fondunun  “Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti və onun nəticələri mövzusunda müzakirələrin təşkili” layihəsi çərçivəsində “Azərbaycanın işğal olunmuş ərazilərində tarixi mədəniyyət abidələrinin vəziyyəti və onun dünya ictimaiyyətinə çatdırılmasının problemləri” mövzusunda TTF-in Strategiya.az saytı ilə birgə seminarı keçirilmişdir.

Seminarı çıxış sözü ilə açan saytın baş redaktoru İbrahim Əliyev qeyd etdi ki, müstəqil Azərbaqcanın ən ağrılı problemi olan Qarabağ problemi ölkənin həyatının bütün sahələri ilə yanaşı milli mədəniyyətimizə də zərbə vurmuşdur. İşğal olunmuş ərazilərdə olan tarixi mədəniyyət abidələrimiz vəhşicəsinə dağıdılır, mahiyyəti dəyişdirilir, tarixləri saxtalaşdırılır. Bu məsələnin diqqətdə saxlanılması və dünya ictimaiyyətinə çatdırılması bizim görməli olduğumuz vacib məsələlərdən biridir. Buna görə də Strategiya.az saytının Tətbiqi Tədqiqatlar Fondu ilə keçirdiyi bu tədbir həmin məsələlərə həsr olunmuşdur.

Seminarda məruzə ilə Milli Məclisin deputatı Elman Nəsirov, AMEA-nın professoru Təvəkkül Əliyev, fəlsəfə doktoru Azad Zeynalov, Azərbaycan istiqlal muzeyinin elmi şöbə müdiri Sədi Mirseyibli maraqlı məruzələrlə çıxış etmişlər. Tədbirdə nümayiş etdirilən əyani materiallarda həmin ərazilərdə yerləşən mədəniyyət abidələrinin vəziyyəti əks etdirilmiş, erməni vandalizminin dağıdıcı nəticələri göstərilmişdir. Qeyd olunmuşdur ki, bu vəhşiliklər azərbaycanın izlərini silməyə yönəlmiş, özlərinin həmin ərazilərdə olmalarını əsaslandırmağa çalışırlar.

Buna görə də bu məsələlərdə güclərin səfərbər olunması, ermənilərin əməllərinin ifşa olunması günün vəzifəsidər.

Xəbər QHT.az saytından götürülmüşdür.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок