Son Xəbərlər:
İş yerlərində əmək haqqının minimum məbləğinin 180 manat müəyyən  edilməsinə e-sistem vasitəsilə daimi nəzarət olunur

İş yerlərində əmək haqqının minimum məbləğinin 180 manat müəyyən edilməsinə e-sistem vasitəsilə daimi nəzarət olunur

Dövlət Əmək Müfəttişliyi Xidməti: Bu sahədə qanunvericiliyi pozanlarla bağlı ciddi cərimə tədbirləri nəzərdə tutulur

 ƏƏSMN-nin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən vetennamine.az saytına verilən məlumata görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 8 fevral 2019-cu il tarixli Sərəncamına əsasən, ölkəmizdə əmək haqqının minimum məbləği martın 1-dən 180 manat müəyyən olunub. Bu o deməkdir ki, iş yerlərində minimum əmək haqqının məbləği 180 manatdan az ola bilməz. Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemi vasitəsilə bu sahədə vəziyyətə daimi nəzarət olunur.

Bu barədə   Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətindən bildirilib.

Qeyd olunub ki, bağlanmış əmək müqavilələri, eləcə də müqavilələrə dəyişiklik edilməsi və ya xitam verilməsi barədə bütün məlumatlar həmin Elektron İnformasiya Sistemində əhatə olunub. Yəni həmin sistem iş yerlərində bağlanmış əmək müqavilələri üzrə müəyyən edilmiş bütün əməkhaqlarını real vaxt rejimində görməyə imkan verir. Əgər cari ilin 01 martına qədər hansısa işəgötürən 180 manatdan aşağı məbləğdə əmək haqqı müəyyən edibsə, martın 1-dən bu məbləğin 180 manat çatdırılması barədə işəgötürənlərin əvvəlcədən məlumatlandırılması həyata keçirilib.

Elektron sistemdə  minimum əmək haqqını həmin məbləğdən aşağı müəyyən etdiyi aşkar olunan hər hansı işəgötürənə qarşı qanunvericilik çərçivəsində ciddi cərimə tədbirləri nəzərdə tutulur.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок