Son Xəbərlər:
“İrəvan – 2018” hərəkatı həyəcan təbili çaldı: “Erməni vandalları tariximizi məhv edirlər”

“İrəvan – 2018” hərəkatı həyəcan təbili çaldı: “Erməni vandalları tariximizi məhv edirlər”

“Beynəlxalq İnformasiya və Regional Araşdırmalar” İctimai Birliyinin (BİRA) təsis etdiyi, ölkənin 10-dan çox böyük QHT-nin üzvü olduğu “İrəvan-2018” Hərəkatı Ermənistanın silahlı təcavüzü nəticəsində işğal edilmiş, Azərbaycanın tərkib hissəsi olan Qarabağın baş şəhərlərindən biri olan Şuşada yerləşən tarixi Azərbaycan abidəsi olan Gövhərağa məscidində aparılan “qazıntı” işləri ilə bağlı UNESCO-ya və İslam Əməkdaşlıq Təşkilatına müraciət ünvanlayıb. Müraciətdə deyilir:

“Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiası və əzəli-əbədi Azərbaycan torpağı olan Dağlıq Qarabağı və ətraf rayonları işğal etməsi nəticəsində on illərdir ki, bölgədə hər an alovlana biləcək müharibə ocağı qalmaqdadır. Dağlıq Qarabağ və ətraf rayonlar bütün tarixi dövrlərdə yalnız Azərbaycanın ayrılmaz tərkib hissəsi olmuşdur. Ermənistanın Azərbaycana olan uydurma torpaq iddiaları heç bir tarixi mənbəyə söykənmir. Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycana qarşı işğalçılıq müharibəsinin başlanması, müharibənin gedişi, Azərbaycan ərazilərinin işğalı prosesi və zəbt olunmuş Azərbaycan torpaqlarında qurulmuş işğalçılıq rejimi nəticəsində Azərbaycan Respublikasına və onun vətəndaşlarına külli miqdarda ziyan dəymişdir.

Azərbaycanın tarixi abidələrinə münasibətdə erməni vandalizmi özünü göstərir. Ermənilər işğal altında olan ərazilərimizdə yüzlərlə tarixi və dini abidələrimizi məhv ediblər.

İndi də ermənilər Azərbaycanın işğal altında olan Şuşa şəhərinin Yuxarı Gövhərağa məscidində qazıntı işləri aparırlar. Qeyd edək ki, dırnaqarası təmir işləri “Şərq tarixi irsinin dirçəlişi fondu»nun maliyyə vəsaiti hesabına aparılır. Üstəlik, erməni KİV-lərinin yaydığı məlumatda, bilərəkdən Yuxarı Gövhərağa məscidi fars məscidi kimi təqdim olunur. Halbuki, Azərbaycanımızın dilbər guşəsi olan Şuşada yerləşən Gövhərağa məscidi özünün milli-memarlıq özəlliklərinin möhtəşəmliyi ilə seçilir. O, 1883-cü ildə görkəmli Azərbaycan memarı Kərbəlayı Səfixan Qarabaği tərəfindən tikilmişdir. Qarabağ xanı İbrahimxəlil xanın qızı Gövhərağanın şərəfinə ucaldılmış bu dini memarlıq abidəsi Şuşanın Cümə məscidi hesab olunur. Məscidin kvadrat formalı ibadət salonuna şimal tərəfdən üçtağlı eyvan birləşdirilməklə Cümə məscidinə düzbucaqlı forma verilib. Əsas fasadın kompozisiyasını məscidin hər iki tərəfində ucaldılmış minarələr və yüksələn dərin eyvan təşkil edir. Məscid daşdan, minarələr isə kərpicdən inşa olunmuşdur. Minarələrin silindrik gövdəsi üfüqi kəmərlərlə bölünüb və rəngarəng kərpic düzümü ilə bəzədilib.

Azərbaycan xalqının mədəni irsi, bəşər mədəniyyətinin ayrılmaz tərkib hissəsi olduğundan ölkəmizin ərazisində xalqımızın çoxəsrlik tarixi mədəniyyət abidələrinin qorunması beynəlxalq əhəmiyyət kəsb edən bir problemdir.

“Beynəlxalq İnformasiya və Regional Araşdırmalar” ictimai birliyi (BİRA) hesab edir ki, Azərbaycanın işğal olunmuş ərazilərində, konkret olaraq Yuxarı Gövhərağa məscidində qazıntı işlərinin aparılması «Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında» 1954-cü il Haaqa Konvensiyasına, «Arxeoloji irsin mühafizəsi haqqında» 1992-ci il Avropa Konvensiyasına, «Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında» YUNESKO-nun 1972-ci il konvensiyasına ziddir.

Sizi ermənilərin bu addımını pisləməyə və Şuşanın Yuxarı Gövhərağa məscidi kimi qədim tarixi memarlıq abidəsində aparılan qazıntı işlərinin dayandırılması yönündə səsimizə səs verməyə çağırırıq!”.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок