Son Xəbərlər:
İmkansız ailələrdən olan 16 uşaq təmənnasız olaraq sünnət edildi

İmkansız ailələrdən olan 16 uşaq təmənnasız olaraq sünnət edildi

30 noyabr 2019-cu il tarixdə Azərbaycan QMƏVŞAİB-in Nizami rayon filialının, Xocalı Soyqırımını Tanıtma ictimai birliyinin və Milli Qəhrəman Fred Asif Məhərrəmov adına Fondun təşəbbüsü, Medika Hospitalın baş direktoru Vüqar Tanrıverdiyevin dəstəyi ilə xeyriyyə tədbiri keçirilib.

Belə ki, 16 aztəminatlı Qarabağ müharibəsi əlillinin övladlarına və nəvələrinə, şəhid övladlarına,  məcburi köçkün ailəsindən olan uşaqlara kiçik toy (sünnət) edilib.

Onu da qeyd etmək yerinə düşər ki, 2 gün öncə bu uşaqlar və onların ailə üzvlərini bir araya toplayaraq onlar üçün süfrə açılmış, tanınmış müğənnilərin iştirakı ilə toy məclisi təşkil edilmişdir.

Yuxarıda adları çəkilən təşkilatlar adından Medika Hospitalın rəhbərliyinə, həkimlərinə, ümumilikdə tibbi personalına öz təşəkkürümüzü bildiririk. Arzu edirik ki, digər Hospitallar və iş adamları da bu kimi addımları örnək götürsünlər, onlar da bu təşəbbüsü davam etdirsinlər.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок