Son Xəbərlər:
İlk DOST mərkəzində pensiyaçılar üçün “Gümüşü Könüllü” proqramına başlandı

İlk DOST mərkəzində pensiyaçılar üçün “Gümüşü Könüllü” proqramına başlandı

Azərbaycanda könüllülük hərəkatında yenilik: İlk DOST mərkəzində pensiyaçılar üçün “Gümüşü Könüllü” proqramına başlandı

ƏƏSMN-nin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən vetennamine.az saytına verilən məlumata görə Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin ilk DOST mərkəzində “Gümüşü Könüllü” proqramına start verilib.

Proqram pensiya yaşına çatmış şəxslərin aktiv həyat tərzinin təmin olunmasına dəstək məqsədi daşıyır. Belə ki, proqram çərçivəsində yaşlı vətəndaşların 1 saylı DOST mərkəzində könüllü kimi fəaliyyətə cəlb edilmələrini nəzərdə tutur. Mərkəz gənclərlə yanaşı, yaşlı nəslin də könüllülük fəaliyyətinə imkan yaradır.

“Gümüşü Könüllü” proqramına qoşulmaq istəyən pensiyaçılar DOST mərkəzində (Yasamal r., İ.Qutqaşınlı küç. 86) müraciət formasını doldurmaqla və ya http://bit.ly/2LGsf80 linkinə daxil olaraq qeydiyyatdan keçə bilərlər.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок