Son Xəbərlər:
İlham hoca Azərbaycan QMƏVŞAİB-in Qazax rayon filialı üzvlərinin qonağı oldu

İlham hoca Azərbaycan QMƏVŞAİB-in Qazax rayon filialı üzvlərinin qonağı oldu

2019-cu il oktyabrın 31-i hər zaman olduğu kimi Qafqaz Müsəlmanları İdarəsi Qazax, Ağstafa, Tovuz rayonları üzrə bölgə qazisi, hörmətli din xadimi İlham hoca Azərbaycan QMƏVŞAİB-in Qazax rayon filialı üzvlərinin yaratmış olduğu “QAZİLƏR çay ocağı” evinin qonağı olmuşdur.

Hoca Azərbaycan Respublikasının torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş igidlərin ruhuna dualar oxuyub və bu yolda qazi olan qardaşlara Allahdan şəfa dilədi.

Müqəddəs islam dininin gözəlliyindən, müqəddəs şəhidlərimizin Allahın dərgahında cənnətlə müjdələndiyindən, Vətəni, torpaği sevməyin vacibliyindən  söhbət açaraq Azərbaycan Respublikası torpaqlarının ərazi bütövlüyü uğrunda qazi olmuş döyücülərin Vətənə, torpaga, xalqa olan sevgisini daha da artırdı.

Allah köməyin olsun, hoca.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок