Son Xəbərlər:
İGİDLİK SƏLNAMƏLƏRİ: Vətən elin evi, dayağidir

İGİDLİK SƏLNAMƏLƏRİ: Vətən elin evi, dayağidir

Torpağın, ana-bacıların, dövlətin keşiyində dayananların qəlbində yurd sevgisi vardır. Vətənin müstəqilliyi dünyada hər şeydən əzizdir. Ümummilli lider Heydər Əliyev demişdir: “Düşünməyin ki, Vətən sizə nə edib, düşünün ki, siz Vətən üçün nə etmisiniz”.

Qarabağ savaşında rəşadət göstərən döyüşçülərdən biri də Müslüm Cümşüd oğlu Səlimovdur. O, 1965-ci ilin iyul ayının 30-da Tərtər rayonunun İlxıçılar kəndində anadan olub. Orta təhsilini doğulduğu kənddə başa vurduqdan sonra Rusiyanın Varonji vilayətində hərbi xidmət keçib. 1991-1993-cü illərdə Qarabağ döyüşlərində iştirak edib və  hərbi tapşırığı yerinə yetirərkən Ağdərədə yaralanıb. Müslüm Səlimov keçdiyi döyüş yolundan danışarkən bildirdi ki, hər zaman Vətən yolunda şəhid olmağa hazır olub və indi də hazırdır. Çünki Azərbaycan torpağının hər bir qarışı müqəddəsdir. Odlar yurduna olan sevgi hələ kiçik yaşlarından valideynləri, sonra isə müəllimləri tərəfindən ona öyrədilib.

Müslüm ailəlidir. Üç uşaq atasıdır. Təqaüdçüdür. II qrup Qarabağ müharibəsi əlilidir. O, qardaşı Sahib Səlimovun da torpaqlarımız uğrunda hünərlə döyüşdüyünü söylədi.

Ölkəmizə əmin-amanlıq arzuladı, işğal olunan torpaqlar geri qaytarılan zaman özünün və bütün döyüşçülərin bayram edəcəyinə inamını bildirdi.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок