Son Xəbərlər:
«Holcim Azərbaycan» ASC-də müharibə zümrəsindən olan insanlarla görüş keçirilmişdir

«Holcim Azərbaycan» ASC-də müharibə zümrəsindən olan insanlarla görüş keçirilmişdir

«Holcim Azərbaycan» ASC-də çalışan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələrinin iştirakı ilə 26 İyun – Azərbaycanın Silahlı Qüvvələri günü münasibətilə tədbir keçirilmişdir. Tədbirdə müəssisənin texniki direktoru Əli Hüseynov, Azərbaycan QMƏVŞAİB-in Qaradağ rayon flialının sədri Maqsud Heydərov, müəssisənin həmkarlar təşkilatının sədri Mübariz Məmmədov, İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Rəna Tağıyeva çıxış etdilər. Çıxışlarda Azərbaycan Ordusunun regionun ən güclü ordusu olduğu vurğulanmış,  tezliklə düşmən işğalında olan torpaqların azad olunacagına əminlik qeyd olunmuşdur.

Müəssisədə çalışan muharibə veteranları və əlilləri, eləcə də vaxtilə müəssisənin işçisi olmuş şəhidlərin valideynlərinə ərzaq kuponu verilmişdir.

Sonra müəssisənin qarşısındakı Şəhidlər Kompleksi ziyarət olunmuş, şəhidlərin büstü önünə  əklil və gül-ciçək əstələri qoyulmuşdur.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок