Son Xəbərlər:
Heydər Əliyev Fondu tərəfindən aztəminatlı ailələrə Qurban bayramı münasibəti ilə qurban payları çatdırılıb

Heydər Əliyev Fondu tərəfindən aztəminatlı ailələrə Qurban bayramı münasibəti ilə qurban payları çatdırılıb

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Qurban bayramı münasibətilə aztəminatlı ailələrə qurban payları çatdırılıb.

Layihə respublika üzrə ünvanlı sosial yardım alan bütün ailələri əhatə etmişdir. Bu məqsədlə ətlik cins heyvanlar regionlardan gətirilərək xüsusi ət kəsimi müəssisələrində kəsilərək qablaşdırılıb. Qurban payları regionlar və Bakının rayonlarında ünvanlı sosial yardım alan 51.157 ailənin hər birinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə paylanılıb, sakinlər bayram münasibəti ilə təbrik edilib.

Qeyd edək ki, sosial-iqtisadi inkişafa yönəlmiş dövlət proqramlarına dəstək verən Heydər Əliyev Fondu aztəminatlı ailələri, xüsusi qayğıya ehtiyacı olan şəxsləri daim diqqətdə saxlayır, müxtəlif bayramlar və əlamətdar günləri onlarla birlikdə qeyd edir. Bununla yanaşı, respublika üzrə sosial yardım alan bütün ailələrə 2016-2018-ci illərdə Yeni il və Novruz bayramlarında Heydər Əliyev Fondunun sovqatları paylanılmış, sosial yardıma ehtiyacı olan minlərlə şəxs üçün bayram süfrələri təşkil edilmiş, hədiyyələr verilmişdi.

Xəbər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi saytından götürülmüşdür.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок