Son Xəbərlər:
“Hamı seçkilərə” mövzusunda tədbir keçirilmişdir

“Hamı seçkilərə” mövzusunda tədbir keçirilmişdir

Qarşıdan gələn Azərbaycan Respublikasının 11 aprel 2018-ci ildə növbədənkənar prezident seçkiləri ilə bağlı geniş toplantı keçirilmişdir. Toplantıda ictimai birliyin filial sədrləri və fəal üzvləri iştirak etmişlər.

Tədbiri giriş sözü ilə Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyinin sədri, e.o. polkovnik Mehdi Mehdiyev açmışdır. O, çıxışında ölkənin siyasi həyatında mühüm hadisə olacaq növbədənkənar prezident seçkilərinin əhəmiyyətindən, ictimaiyyətin, o cümlədən Qarabağ müharibəsi statusuna malik olan insanların, onların ailə üzvlərinin bu seçkilərdə fəal iştirak etməsinin əhəmiyyətindən danışmışdır. M.Mehdiyev ötən illərdə dövlətimizin Qarabağ müharibəsi veteranlarına, əlillərinə və şəhid ailələrinə göstərdiyi qayğıdan, güzəşt və imtiyazlardan söz açaraq, müvafiq statuslu insanların rifahı naminə görülən tədbirlərdən misallar gətirmişdir. O, ümidvar olduğunu bildirmişdir ki, Azərbaycan QMƏVŞAİB-in üzvləri hər zaman olduğu kimi, bu seçkilərdə də fəal iştirak edəcəklər.

Tədbirdə çıxış edənlər prezidentliyə seçkilərin vacibliyini qeyd etmiş, rayonlarda vətəndaşların Azərbaycan Respublikasının Konstitusiyasına əsasən keçiriləcək seçkilərində  fəal iştirak etmələri üçün tədbirlərin təşkilinin labüdlüyünü bildirmişlər.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок