Son Xəbərlər:
Hacıqabuldakı 4 saylı məktəbdə şəhidin anım tədbiri keçirildi

Hacıqabuldakı 4 saylı məktəbdə şəhidin anım tədbiri keçirildi

2019-cu il oktyabrın 29-u Hacıqabul şəhər 4 saylı tam orta məktəbdə şəhid Natiq Ağayevin anım günü keçirilmişdir. Tədbirdə Azərbaycan QMƏVŞAİB-in Hacıqabul rayon filialının üzvləri, məktəbin pedaqoji və şagird kollektivi iştirak etmişlər.

Çıxış edən qonaqlar Natiq Ağayevin həyat və döyüş yolundan danışmış, qeyd edilmişdir ki, Natiq məktəbdə oxuduğu illərdə özünü vətənpərvər bir gənc kimi tanıtmışdır.

Tədbirdə publisist Alik Rzayevin Natiq Ağayevə həsr olunmuş “Nigaran qalma, Ana” adlı kitabı təqdim olunmuşdur.

Şagirdlərin ifasında vətənpərvərlik mövzusunda şeirlər və mahnılar səsləndirilmişdir.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок