Son Xəbərlər:
Hərbiyönümlü təşkilatların etirazı

Hərbiyönümlü təşkilatların etirazı

19 dekabr 2018-ci il tarixində Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyinin konfrans zalında “Hərbiyönümlü təşkilatların etirazı” adlı tədbir keçirilmişdir. Tədbirdə 8.  Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə ictimai birliyinin sədri Emin Həsənli, Azərbaycan Çernobıl Əlilləri İttifaqı ictimai birliyinin sədri Mirhəsən Həsənov, Ehtiyatda olan Zabitlər Konfederasiyası ictimai birliyinin sədri general Məmmədhüseyn Sarıyev, Azərbaycan Əfqanıstan Əlilləri ictimai birliyinin sədri Məhəmməd Vəliyev, Azərbaycan Vətən Müharibəsi Veteranları ictimai birliyinin sədri Füzuli Rzaquliyev, 20 Yanvar ictimai birliyinin sədr müavini, Azərbaycan Çernobıl Əlilləri İttifaqı ictimai birliyinin sədri Mirhəsən Həsənov, general İsgəndər Allahverdiyev, Azərbaycanın Milli Qəhrəmanları, Azərbaycan QMƏVŞAİB-in üzvləri və KİV nümayəndələri iştirak edirdilər.

Emin Həsənli giriş sözü ilə çıxış edərək tədbirdə iştirak edənləri salamladı.  O dedi ki,  zaman-zaman Azərbaycanı gözü götürməyənlər ölkəmizin nailıyyətlərinə kölgə salmağa, Azərbaycanın dəyərlərini – ordusunu, bayrağını, müstəqilliyini şübhə altına almağa çalışırlar. Vəziyyət o yerə çatıb ki, özünü psixoloq kimi qələmə verən birisi sosial şəbəkələrdə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun qəhrəmanlığını danmaqla məşğuldur.

Azərbaycan QMƏVŞAİN-in sədri Mehdi Mehdiyev iştirakçıları salamladıqdan sonra tədbirin mövzusu ilə bağlı məsələlər barədə danışdı. O dedi ki, vətənpərvərlik tərbiyəsi günümüzün ən vacib məsələlərindən biridir. Mübariz İbrahimovun şücaəti əsgərlərimizdə ruh yüksəkliyi yaratmışdı. Bu gün milli qəhrəmanlarımızla hər birimiz fəxr etməliyik. Sosial şəbəkələrdə bu cür qəhrəmanlarımız təbliğ olunmalıdır. Biz torpaqlarımızı işğal etmiş düşmənlə vuruşuruq. Mübarizəmizin əsas istiqamətlərindən biri də gənclərdə vətənpərvərlik hüssələrinin aşılanmasıdır.

Daha sonra çıxış edənlər nəzərə çatdırdılar ki, torpaqlarımızın 20 faizinin işğal altında olduğu bir vaxtda gənclər arasında vətənpərvərlik hisslərinin təbliğatı hərbiyönümlü ictimai birliklərin fəaliyyətinin ən prioritet istiqaməti olmalıdır. Son vaxtlar sosial şəbəkələrdə yayılan bəsi yazıların məzmunu insanları narahat edir. Xüsusilə şəhidlərin igidliyini şübhə altına qoyan yazılar vətənpərvər insanlarda qəzəb hissi doğurur.

Tədbirin sonunda “Hərbiyönümlü QHT-lərin bəyanatı” qəbul edildi. Bəyanatda deyilir:

HƏRBİYÖNÜMLÜ QHT-LƏRİN BƏYANATI

Qarabağ müharibəsi veteranları, şəhid ailələri və əlilləri, Milli qəhrəmanlar, ehtiyatda oıan zabitlər, tərxis olunmuş hərbçilər, Çernobıl əlilləri, Əfqanıstan müharibəsi iştirakçıları olaraq biz bu günlərdə dövlətimiz əleyhinə çirkin kampaniya aparanlara qarşı qəti etirazımızı bildiririk.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə şəhid ailələri, Qarabağ əlilləri, müharibə veteranları, Milli qəhrəmanlar və bu kateqoriyadan olan digər vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, mənzil-məişət probleminin həlli istiqamətində həyara keçirilən humanist siyasəti ürəkdən dəstəkləyir, bu siyasətə kölgə salmağa çalışanları qətiyyətlə pisləyirik.

Azərbaycan Prezidenti İlham Əliyev şəhid ailələrinə, Qarabağ müharibəsi, 20 Yanvar, Çernobıl əlillərinə, Milli Qəhrəmanlara, İkinci Dünya müharibəsi veteranlarına, qaçqın və məcburi köçkünlərə daima böyük diqqət və qayğı ilə yanaşır. Dövlət başçısının bu kateqoriyadan olan vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, mənzil-məişət problemlərinin həlli, avtomobillərlə təmin olunması istiqamətində imzaladığı fərman və sərəncamlar onların sosial rifah halının daha da yaxşılaşdırılmasına yönəlib. Eyni zamanda ölkə rəhbərinin diqqəti sayəsində bu gün sosial qayğıya ehtiyacı olan şəhid ailələri, Qarabağ əlilləri, qaçqın və məcburi köçkünlərin övladlarının ödənişsiz ali təhsil alması, əlilliyi olan şəxslərin sağlamlıq və reabilitasiya müəssisələrində müalicəsi, sanatoriyalarda istirahətinin təşkili üçün müvafiq şərait yaradılıb. Azərbaycanın istənilən bölgəsində təşkil olunan dövlət tədbirlərində bu kateqoriyadan olan vətəndaşlar daim yüksək səviyyədə iştirak edir, cəmiyyət həyatına aktiv şəkildə inteqrasiya olunurlar.

Bu yaxınlarda dövlət başçısının şəhid ailələrinə 11 min manat birdəfəlik ödəmənin verilməsi, eləcə də xidmətdə fərqlənən Silahlı Qavvələrin bir qrup hərbi qulluqçusunun  Bakının Sabunçu rayonunda inşa olunan yeni binalarda mənzillə təminatı istiqamətində atdığı addımlar cəmiyyətdə yüksək qoymətləndirilməklə bərabər, bu sosialyünümlü siyasətin davamlı xarakter daşıdığını bir daha təsdiqləyir.

Lakin təəssüflər olsun ki, Azərbaycan Prezidentinin apardığı bu humanist siyasətə kölgə salmaq istəyənlər də var. Avropada bəzi mühacir həyatı yaşayanlar sosial şəbəkələrdə Azərbaycanı gözü götürməyən, ölkəmizin uğurlarına qısqanclıqla yanaşan qüvvələrin qarayaxma kampaniyalarında yaxından iştirak edirlər.  Həmçinin ölkə daxilində həmin şəxslərə dəstək vermək istəyənlər də tapılır. Prezident İlham Əiyevin Qarabağ müharibəsi əlilləri, şəhid ailələri, eləcə də bu kateqoriyadan olan digər şəxslərə qarşı göstərdiyi diqqət və qayğını görməzliyə vuran belələri Azərbaycan dövləti haqqında həqiqətə uygun olmayan, şər, böhtan xarakterli fikirlər səsləndirirlər. Bizim nəzərimizdə həmin insanların Azərbaycana heç bir aidiyyati yoxdur, onlar anti-Azərbaycan dairələrinin tapşırıqlarını yerinə yetirirlər. Əminik ki, belə ünsürlərin məkrli fəaliyyəti heç bir halda nəticə verməyəcək, onlar gec-tez qanun qarşısında öz layiqli cəzalarını alacaqlar.

Azərbaycanın hərbiyönümlü QHT-ləri Azərbaycan Prezidentinin apardığı uğurlu daxili və xarici siyasəti dəstəkləyir, ölkədə bütün sahələrdə, o cümlədən ordu quruculuğu, hərbi vətənpərvərliyin təbliği, yuxarıda qeyd olunan kateqoriyaya aid insanlara dövlət qayğısı naminə həyata keçirilən tədbirləri alqışlayır,  bu istiqamətdə dövlətimizə bundan sonra da layiqincə xidmət etməyə hazır olduqlarını bəyan edirik.

  1. Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyi
  2. Ehtiyatda olan Zabitlər Konfederasiyası ictimai birliyi
  3. Azərbaycan Çernobıl Əlilləri İttifaqı ictimai birliyi
  4. Azərbaycan Əfqanıstan Əlilləri ictimai birliyi
  5. Azərbaycan Vətən Müharibəsi Veteranları ictimai birliyi
  6. Milli Qəhrəmanları Tanıtma ictimai birliyi
  7. 20 Yanvar ictimai birliyi
  8. Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə ictimai birliyi

 

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок