Son Xəbərlər:
«Hərbi anda sadiq gənclər» sənədli filminin təqdimatının yekun tədbiri keçirilmişdir

«Hərbi anda sadiq gənclər» sənədli filminin təqdimatının yekun tədbiri keçirilmişdir

2019-cu il mayın 14-ü Binəqədi rayon Gənclər evində Solmaz Məmmədlinin (layihənin rəhbəri) təqdimatında, Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə və Azərbaycan QMƏVŞAİB-in təşkilatı dəstəyi ilə lentə alınmış «Hərbi anda sadiq gənclər» sənədli filminin yekun tədbiri keçirilmişdir. Tədbir açıq elan edildikdən sonra Azərbaycan Respublikasının müdafiəsi zamanı şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.

Ilk öncə söz Binəqədi rayon İcra hakimiyyətinin şöbə müdirinin müavini Şəmsi Gülverdiyevə verildi. O, çıxışında vətənpərvərlik mövzusunda layihələrin həyata keçirilməsinin vacibliyini vurğuladı və Gənclər Fonduna öz minnətdarlığını bildirdi.

Daha sonra Binəqədi rayon Gənclər və İdman idarəsinin baş məsləhətçisi Rüfət Əhmədov, Azərbaycan QMƏVŞAİB-in Binəqədi rayon filialının sədri İlham Qayıbzadə çıxış etdilər.

Film nümayiş etdirildikdən sonra tədbir iştirakçılarına bokletlər paylanıldı və onlar çay süfrəsinə qonaq oldular.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок