Son Xəbərlər:
«Hərbi anda sadiq gənclər» sənədli filminin nümayişi olmuşdur

«Hərbi anda sadiq gənclər» sənədli filminin nümayişi olmuşdur

2019-cu il mayın 13-ü Binəqədi rayonundakı Gənclər Evində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə və Azərbaycan QMƏVŞAİB-in təşkilatı dəstəyi ilə lentə alınmış «Hərbi anda sadiq gənclər» sənədli filmi nümayiş olunmuşdur. Filmin ssenari müəllifi Ceyhun Cümşüdov, layihənin rəhbəri isə Solmaz Məmmədlidir.

Tədbir açıq elan edildikdən sonra Azərbaycan Respublikasının müdafiəsi zamanı şəhid olanların ruhu bir dəqiqəlik sükutla yad edilmiş və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir. Ilk öncə söz Azərbaycan QMƏVŞAİB-in sədri, ehtiyyatda olan polkovnik Mehdi Mehdiyevə verilmişdir. O, çıxışında qeyd etdi ki, hazırda torpaqlarımızın iyirmi faizi erməni ordusunun işğalı altındadır. Bir milyondan çox soydaşımız doğma yurd-yuvasından didərgin düşüb. Vətənin belə bir çətin zamanında mərd, hərbi anda sadiq gənclərə böyük ehtiyacı var. Məhz buna görə də gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin daha da gücləndirilməsi sahəsində məqsədyönlü və sistemli iş aparılmalıdır. Hər bir millətin gələcəyi gənc nəslin təlim-tərbiyəsindən asılıdır. M.Mehdiyev insanin mənəvi ruhunun saflığında, vətənpərvərlik hisslərinin tərbiyəsində mühüm rol oynayan bu cür layihələrin keçirilməsinin olduqca zəruri olduğunu vurğulamışdır.

Daha sonra filmin ssenari müəllifi Ceyhun Cümşüdov çıxış edərək öz fikirlərini bildirdi.

Nümayişdən sonra tədbir iştirakçılarına bokletlər paylanıldı və onlar çay süfrəsinə qonaq oldular.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок