Son Xəbərlər:
“Güllə yağışı” abidəsinin önündə tədbir keçirilib

“Güllə yağışı” abidəsinin önündə tədbir keçirilib

Binəqədi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Biləcəri qəsəbəsində 20 Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış “Güllə yağışı” abidəsinin önündə tədbir keçirilib. Tədbirdə Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri ictimai birliyinin Binəqədi rayon filialının üzvləri də iştirak etmişlər.

Abidə önünə gül çələngi və qərənfil dəstələri qoyulmuş, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

“Güllə yağışı” abidəsi “20 Yanvar” şəhidlərinin xatirə parkında ucaldılıb. Park 1991-ci ildə yaradılmış, 2013-cü ildə yenidən qurulmuşdur. Sahəsi 0,3 hektardır.

Parkın yaşıllaşdırılmasında Avropadan gətirilmiş həmişəyaşıl ekzotik ağac və bitkilərdən istifadə olunub. Park müasir işıqlanma və avtomatik suvarma sistemi ilə təchiz olunmuş, günlük və oturacaqlar quraşdırılmış, ətrafındakı yollar və yaşayış sahələri abadlaşdırılmışdır.

“Güllə yağışı” abidəsində simvolik olaraq 500-ə yaxın müxtəlif kalibrli orijinal mərmi və gilizlərdən istifadə olunub. Müxtəlif istiqamətlərdən atılan güllələrin  yağış kimi yağmasını təsvir edən abidə günahsız insanların qətliyamını ifşa etmək məqsədi daşıyrr. Abidənin müəllifi əməkdar heykəltəraş Azad Əliyevdir.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок