Son Xəbərlər:
Güləşçimiz Ağahüseyn Mustafayev bürünc medal qazandı

Güləşçimiz Ağahüseyn Mustafayev bürünc medal qazandı

7 oktyabr 2015-ci il.

Koreya Respublikasının Munqyen şəhərində Hərbçilərin 6-cı Dünya İdman Oyunlarında güləşçilərimiz günü 1 bürünc medalla başa vurub.

Sərbəst güləş yarışlarının ilk günündə 57, 65, 74 və 97 kiloqram çəkidə güləşçilər mübarizə aparıb. 65 kiloqramda mübarizə aparan Ağahüseyn Mustafayev əvvəlcə Almaniya təmsilçisi Kevin Henkeli (11:0), ardınca hindistanlı Raniş Ranişi (10:0) məğlub edib. Yarımfinalda Rusiya təmsilçisi Maqomed Kurbanaliyevə (1:3) hesabı ilə uduzan güləşçimiz bürünc medal görüşünə çıxıb. Həlledici görüşdə Ukraynadan Vasil Şuptarla görüşü (5:0) qalib tamamlayan Ağahüseyn Mustafayev yarışların bürünc medalını qazanıb.

57 kiloqram çəkidə yarışlarda iştirak edən Ruslan Qasımov ilk görüşdə Rusiya təmsilçisi Azamat Tuskaevi (3:2) məğlub edərək mübarizədən kənarlaşdırıb. Yarımfinalda qazaxstanlı Vladimir Kudrinə (5:10) uduzan güləşçimiz bürünc medal görüşünə çıxıb. Ancaq hindistanlı Manqal Kadyanla görüşü də (4:11) uduzan Ruslan yarışları 5-ci sırada tamamlayıb.

Sərbəst güləş yarışlarının ikinci günündə Mircəlal Həsənzadə (61 kq), Coşqun Əzimov (70 kq) və İbrahim Yusubov (86 kq) xalça üzərinə çıxacaqlar.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок