Son Xəbərlər:
GABA əməkdaşlarının növbəti uğuru

GABA əməkdaşlarının növbəti uğuru

GABA-nın əməkdaşları Yalçın Nəsibov, Şəhriyar Babayev və Fariz Ələkbərov BMT-nin “Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) “Azərbaycanda ekoloji təmiz (orqanik) kənd təsərrüfatı və institusional potensialın inkişafı” layihəsi çərçivəsində 21-24.11.2017-ci il tarixlərində Bakıda keçirilmiş “Beynəlxalq ekoloji təmiz (orqanik) kənd təsərrüfatı üzrə standartlar əsasında müfəttişlərin təlimi”ndə iştirak etmişdir.

Təlimin məqsədi ekoloji təmiz (orqanik) kənd təsərrüfatının yoxlanılması prinsipləri və təcrübələri üzrə mütəxəssislərə beynəlxaq standartlar əsasında təlim keçmək, sertifikatlaşdırma və akkreditasiya üzrə məlumatı onlarla bölüşmək olmuşdur. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşlığı ilə baş tutmuş təlimdə yoxlama və sertifikatlaşdırma üzrə beynəlxalq FAO məsləhətçisi Levent Yıldız, ekoloji təmiz (orqanik) kənd təsərrüfatı üzrə beynəlxalq FAO məsləhətçisi Uyqun Aksoy iştirakçılara ətraflı məlumat verərək maraqlı təlim sessiyası həyata keçirmiş və iştirakçılar praktik olaraq təlimdə əldə etdikləri bilikləri təcrübədən keçirmişlər.  Seminarda Azərbaycanın müxtəlif regionlarında fəaliyyət göstərən təşkilatların nümayəndələri iştirak etmişdir.

Seminarın sonunda əməkdaşlarımız fəal və uğurlu iştiraklarına görə sertifikatlarla təltif olunmuşdur.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок