HomeBütün XəbərlərGənc idmançı Fərhad Şeydayev

Gənc idmançı Fərhad Şeydayev

Gənc idmançı Fərhad Şeydayev

Fərhad Ruslan oğlu Şeydayev ziyalı ailəsində dünyaya gəlmişdir. Atası ehtiyyatda olan polkovnik-leytenant, anası isə müəllimədir. Fərhadın idmana olan həvəsi lap erkən yaşlarından başlamışdır. 6 yaşından etibarən Bakı şəhər Müşviq Olimpiya Kompleksində Qüdrət müəllimin rəhbərliyi altında cüdo üzrə məşqlərə qatılmışdır. 8 yaşında atasının xidməti yerinin dəyişilməsi ilə əlaqədar olaraq idmandan uzaqlaşmasına baxmayaraq o, 2018-ci ildə yenidən idmana qayıdır və “Baku Fight Club”-da Çingiz Eyvazovun rəhbərliyi altında boks idman növü üzrə məşqlərə başlayır. 2019-cu ildə isə SSRİ idman ustası, dörd idman növü üzrə əməkdar məşqçi  Zahid Əliyevin rəhbərliyi altında boks üzrə məşqlərini dəvam etdirir. Zahid Əliyevin tövsiyyəsi ilə hal-hazırda Respublika Olimpiya İdman Liseyində (ROİL) Avropa və Dünya çempionatının mükafatçısı Samir Məmmədovun rəhbərliyi altında boks üzrə məşqlərini dəvam etdirir.

Fərhadın əldə etdiyi nailiyyətlər Vətənini sevən hər bir soydaşımızın qəlbində qürur hissi doğurnaya bilməz:

2013-cü il yanvarın 20-si Qarabağ Gənclər və İdman Klubunun 20 yanvar – Şəhidlər gününə həsr olunmuş cüdo üzrə yeniyetmə və gənclər arasında açıq birincilikdə 24 kg çəki dərəcəsində 3-cü yeri tutmuşdur.

2018 -ci il noyabrın 18-i TAC boks klubu tərəfindən keçirilən 9 Noyabr – Bayraq gününə həsr olunmuş boks üzrə şəhər və rayonlararası yoldaşlıq görüşündə 46 kg çəki dərəcəsində 1-ci yeri tutmuşdur.

2019-ci il martın 17-si Novruz bayramı münasibəti ilə keçirilən Boks üzrə kadet, yeniyetmə və gənclər arasında “Qızıl Əlcək” idman kulubunun açıq birinciliyində 50 kg çəki dərəcəsində 1-ci yeri tutmuşdur.

2019-cu ilin mart ayında Rusiya Federasiyasının Astraxan vilayətində  Ümumrusiya çərçivəsində keçirilən açıq turnirdə 50 kg çəki dərəcəsində 1-ci yeri tutmuşdur.

2019 -cu il mayın 31-də Respublika gününə həsr olunmuş Boks üzrə “Baku Fight Lab” idman klubunun açıq birinciliyində 52 kg çəki dərəcəsində 1-ci yeri tutmuşdur.

Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyinin idarə heyəti və çoxminli üzvləri adından istedadlı gənc, Azərbaycan idmanının şərəfini həmişə uca tutan Fərhad Şeydayevə gələcək idman karyerasında yeni-yeni uğurlar arzulayırıq.