Son Xəbərlər:
Fransalı tarixçi Maksim Qauin: «Ermənistan işğala son qoymalıdır»

Fransalı tarixçi Maksim Qauin: «Ermənistan işğala son qoymalıdır»

9 otyabr 2015-ci il.

«Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan torpaqları işğal olunmaqla yanaşı, dövlətə və mülki əhaliyə çox böyük ziyan dəyib, soyqırımı aktı törədilib».

Azərbaycan ərazilərinin Ermənistan Silahlı Qüvvələrinin işğalı nəticəsində itki və təlafatların qiymətləndirilməsi üzrə «İşçi qrupu»nun dəvətilə Bakıda səfərdə olan fransalı tarixçi və tədqiqatçı Maksim Qauin işğalçı dövlətin zəbt etdiyi torpaqları dərhal azad etməli və törətdiyi cinayətlərə görə Avropa Məhkəməsi qarşısında cavab verməli olduğunu bəyan edib. 1907-ci il Haaqa Konvensiyası, 1947-ci il Cenevrə konvensiyası və digər beynəlxalq hüquqi aktların tələblərinin kobud şəkildə pozulduğunu bildirən fransalı tarixçinin sözlərinə görə, Ermənistan münaqişə nəticəsində Azərbaycana vurduğu zərəri kompensasiya şəklində ödəməlidir:

«Dağlıq Qarabağ münaqişəsi zamanı Ermənistan Azərbaycana çox böyük ziyan vurub. Torpaqlarını işğal edib, mülki əhalini, xüsusilə uşaqları, qadınları, qocaları qətlə yetirib, soyqırımı cinayəti törədib. Eyni zamanda Azərbaycana məxsus tarixi-mədəniyyət abidələrini dağıdıb, işğal olunmuş ərazilərdə təbii sərvətləri talamaqla məşğuldur. Ermənistan bunun cavabını Avropa İnsan Hüquqları Məhkəməsində verməlidir. Və təbii ki, Azərbaycana vurduğu zərərin, törətdiyi dağıntıların əvəzini kompensasiya şəklində ödəmlidir. Düşünürəm ki, bu, növbəti presedentlərdən biri kimi münaqişələrin baş verməsinin qarşısını almaqda və işğalçılıq niyyətinə düşən dövlətləri bu yoldan çəkindirməkdə mühüm rol oynaya bilər».

Bununla bağlı tarixdə mühüm faktların olduğunu bildirən Maksim Qauin qeyd edib ki, Almaniya 2-ci dünya müharibəsindən sonra beynəlxalq məhkəməyə çıxarılaraq, dövlətlərə vurduğu zərərin əvəzini ödəməyə məhkum edildiyi kimi, Ermənistan da Azərbaycana qarşı törətdiyi işağlçılıq siyasəti, qətliamlar və dağıntılara görə mühakimə olunmalıdır. Fransalı qonaq artıq Azərbaycanda yerli və beynəlxalq mütəxəssislərin təmsil olunduğu qiymətləndirmə üzrə İşçi Qrupunun bununla bağlı müvafiq araşdırmalar apararaq, xeyli faktlar topladığını vurğulayıb:

«Ermənistan işğal etdiyi Azərbaycan rayon və kəndlərinin adlarını dəyişərək, tarixi saxtalaşdırmağa çalışır. Bu, bir daha sübut edir ki, Dağlıq Qarabağ münaqişəsinin kökü daha dərindir. Bunun arxasında Ermənistanın təkcə işğalçılıq siyasəti yox, həm də ideololji baxışı dayanır. Tarixdə ermənilərin hələ 19-cu əsrdə məqsədli şəkildə Azərbaycan torpaqlarına köçürülməsi, sonradan həmin ərazilərdə qətliamlar törətməsi, azərbaycanlıları deportasiya etməsilə bağlı faktlar var. Bütün bunlar həm də ondan qaynaqlanır».

1975-ci il Helsinki Aktına görə, hər hansı dövlətin sərhədlərinin güc yolu ilə dəyişdirilməsinin yolverilməz olduğunu xatırladan fransalı tarixçi hesab edir ki, beynəlxalq qurumlar BMT Təhlükəsizlik Şurasının Ermənistanın zəbt etdiyi torpaqları boşaltması ilə bağlı qətnamələrinin icrasını təmin etməlidir. Eyni zamanda ATƏT-in Minsk qrupunun həmsədr ölkələri isgala son qoyulmasi və Azərbaycanın ərazi bütövulyünün bərpa olunması istiqamətində səylərini gücləndirməlidir.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок