Son Xəbərlər:
“Etibarlı gələcəyin qurulması üçün birgə fəaliyyət” layihəsinin yekun tədbiri keçirilib

“Etibarlı gələcəyin qurulması üçün birgə fəaliyyət” layihəsinin yekun tədbiri keçirilib

Qaradağ rayonu Sahil qəsəbəsi 9 saylı xüsusi internat məktəbində Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi şurasının maliyyə dəstəyi ilə Sahibsiz Uşaqlara Kömək ictimai birliyinin  “Etibarlı gələcəyin qurulması üçün birgə fəaliyyət” adlı layihəsi çərçivəsində internat məzunları üçün nəzərdə tutulan aşpazlıq kurslarının bağlanış mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə açan Sahibsiz Uşaqlara Kömək ictimai birliyinin  sədri Məlahət Abbasova layihənin əhəmiyyətindən danışıb. 3 aylıq kursların əsas məqsədi yeniyetmə və gənclərin peşə vərdişlərinə yiyələnməsi, gələcəkdə bu sahə üzrə uğurlu karyera qurmaq üçün onlara yardım etməkdir. Layihənin koordinatodu Vüqar Hacıyev bildirdi ki, 30 nəfər üçün nəzərdə tutulan layihəyə 50 nəfər gəncin müraciət etməsinə baxmayaraq, kursun sonunda onların bilikləri test imtahanı vasitəsilə yoxlanılıb, 38 gənc imtahandan uğurla keçib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hüquq şöbəsinin müdiri Elgin Səfərov layihənin aktual olduğunu qeyd edib. Daha sonra təlimçi kulinar-aşpaz Məleykə Salahova, Peşəyönümlü Təhsilin Inkişafına Yardım ictimai birliyinin sədri İradə Əlili, Əsgər Ailələrinə Dəstək ictimai birliyinin sədri Mətanət Əsgərqızı də çıxış ediblər. Bildirilib ki, layihənin davamı olaraq kursu uğurla bitirənlərə iş tapmaqda yaxından köməklik göstərməyə çalışılması təqdirəlayiq haldır.

Sonda layihə iştirakçılarına sertifikat və təşəkkürnamələr təqdim edilib. Həmçinin layihəyə informasiya dəstəyi göstərən KİV nümayəndələri də təltif ediliblər.

Qeyd edək ki, iştirakçılar aşpazlıq kurslarında təlimçi Məleykə Salahovanın rəhbərliyi ilə Azərbaycan və Avropa mətbəxində müxtəlif yemək və şirniyyarlar hazırlamağı öyrəniblər.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок