Son Xəbərlər:
Dünya şöhrətli alim Lütfi Zadə ilə vida mərasimi keçirilir

Dünya şöhrətli alim Lütfi Zadə ilə vida mərasimi keçirilir

Dünya şöhrətli azərbaycanlı alim, professor Lütfi Zadənin cənazəsi ABŞ-ın San Fransisko şəhərindən Bakıya gətirilib.

Sentyabrın 29-da Azərbaycan Milli Elmlər Akademiyasında mərhumla vida mərasimi keçiriləcək. Sonra Heydər Məscidində cənazə dəfn üçün hazırlanacaq və cənazə namazı qılınacaq.

Azərbaycan Milli Elmlər Akademiyasında saat 12.00-da başlayan və iki saat davam edəcək vida mərasimində prezident İlham Əliyev iştirak edir.

Qeyd edək ki, Lütfi Zadə (Lütfəli Rəhim oğlu Ələsgərzadə) 2017-ci il sentyabrın 6-da ABŞ-da ömrünün 97-ci ilində vəfat edib.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок