Son Xəbərlər:
Dünya Azərbaycanlılarının Vətənpərvərləri İctimai Birliyinin sədri Nəsimi Qarabağlı xaricdə yaşayan azərbaycanlılara müraciət edib

Dünya Azərbaycanlılarının Vətənpərvərləri İctimai Birliyinin sədri Nəsimi Qarabağlı xaricdə yaşayan azərbaycanlılara müraciət edib

Müraciətdə deyilir:

«Bu günlər artıq hər bir 18 yaşından yuxarı olan Azərbaycan vətəndaşı 11 aprel tarixində, prezident seçkilərində yaxından iştirak edərək Azərbaycan Konstitusiyasına uyğun olaraq öz seçmək hüququndan istifadə edəcəklər. Heçdə və şübhə etmirəm ki, hər bir seçici demokratik cəmiyyətin tələblərinə uyğun olaraq öz sərbəst seçimlərini edərək layiqli namizədinə səs verəcəklər.

Əlbəttə ki, Azərbaycanımızın bundan belə də daha inkişaf etməsi naminə, günü-gündən qüdrətlənən ordumuzun daha da güclənməsi, ölkə əhalisinin rifah halının yaxşılaşması və ən başlıcası işğal altında olan torpaqlarımızın işğaldan azad edilməsi naminə hər kəsin ən layiqli namizəd olan İlham Əliyevə səs verməyə çağırıram. Fürsətdən istifadə edərək, üzümü xaricdə yaşayan soydaşlarımıza tutaraq səslənirəm.

Əziz xalqım, çox əfsuslan olsun ki, son vaxtlar Azərbaycandan kənarda yaşayan bəzi soydaşlarımız tərəfindən Dövlətimizə qarşı «qarayaxma kompaniyası»na srart veriblər.

Çox utandırıcıdırki, Azərbaycanı sevməyən qüvvələrin əlində alətə-maşaya çevrilərək elə öz soydaşlarımız hər vəclə dövlətimiz və ölkə başçısı haqda heçdə xoşagəlməyən əməllərdə bulunurlar. Əziz soydaşlarımız, nə yazıq ki, bir çoxları demokratiya pərdəsi altında öz çirkin və heç də mənəviyyata sığmayan, öz milli kimliklərini unudaraq qatı düşmən mövqeyindən çıxış edərək düşmən sözlərinin ifaçılarına çevrilir.

Əlbəttə, demokratiya və demokratik cəmiyyətdə yaşayırıqsa azad fikir, azad söz demək hüququmuz var. Ancaq gəlin unutmayaq ki, bu hüquq bizlərə heçdə insanı təhqirə, dövlətə qərəzli mövqe sərgiləyərək milliyyətinin şübhələr altına atılmasıyla nəticələnməməlidi. Unutmamalıyıq ki, dövlətimizin də, millətimizin də bir tək problemi var, o da Qarabağ problemi və onun, tezliklə itirilmiş torpaqlarımızın geri alınmasıyla bağlı aparılacaq işlər hər birimizin ümdə vəzifə borcu hesab edilməlidi».

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок