Son Xəbərlər:
Dünya Azərbaycanlılarının Vətənpərvərləri ictimai birliyi 39 saylı tam orta məktəbdə şagirdlərlə görüş keçirib

Dünya Azərbaycanlılarının Vətənpərvərləri ictimai birliyi 39 saylı tam orta məktəbdə şagirdlərlə görüş keçirib

Milli Qəhrəman Rafiq Nəsrəddinov adına 39 saylı tam orta məktəbdə “Aprel döyüşləri bizim şanlı qələbəmizdir” mövzusunda görüş keçirilib.

Tədbir  “Dünya Azərbaycanlılarının Vətənpərvərləri” ictimai birliyi (DAVİB)  tərəfindən həyata keçirilən “Aprel döyüşləri – böyük zəfərin başlanğıcı mövzusunda tədbirlərin keçirilməsi” layihəsi çərçivəsində baş tutub.

Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının  maliyyə dəstəyi ilə həyata keçirilir.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Tahirə Şükürova bildirib ki, rəhbərlik etdiyi təhsil müəssisəsində mütəmadi olaraq vətənpərvərliklə  bağlı tədbirlər keçirlilir.

Daha sonra çıxış edən “Dünya Azərbaycanlılarının Vətənpərvərləri”  ictimai birliyinin prezidenti  Nəsimi Qarabağlı həyata keçirilən layihə haqqında tədbir iştirakçılarına geniş məlumat verib.

DAVİB prezidenti bildirib ki, layihənin əsas məqsədi yeniyetmə və gənclər arasında 2016-cı ilin aprel döyüşlərinin rolunu və bu döyüşlərdə şücaət göstərən qəhrəmanların təbliğ edilməsindən ibarətdir.

Nəsimi Qarabağlı qeyd edib ki, aprel döyüşləri Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusunun göstərdiyi şücaətin bariz nümunəsidir. İctimai birliyin rəhbəri deyib ki, bu döyüşlərdə Azərbaycan Ordusunun real gücü bir daha öz təsdiqini tapdı.

Görüşdə iştirak edən “İnformasiya Təşəbbüslərinə Dəstək” ictimai birliyinin sədri Cəsarət Hüseynzadə  aprel döyüşləri zamanı ictimai-siyasi və vətənpərvərlik məsələlərində ümumi həmrəyliyin yüksək olduğunu qeyd edib.

Məktəbin yuxarı sinif şagirdləri aprel döyüşləri və vətənpərvərlik məsələləri ilə bağlı fikirlərini bölüşüblər. Layihə çərçivəsində aprel döyüşləri haqqında hazırlanan buklet iştirakçılara paylanılıb.

Görüşdə fəal iştirak edən şagirdlər təşkilat tərəfindən fəxri fərmanlarla təltif olunublar.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок