HomeBütün XəbərlərDeputatlığa namizəd polkovnik Mehdi Mehdiyev Qobu və Saray qəsəbəsində görüşlər keçirib

Deputatlığa namizəd polkovnik Mehdi Mehdiyev Qobu və Saray qəsəbəsində görüşlər keçirib

Deputatlığa namizəd polkovnik Mehdi Mehdiyev Qobu və Saray qəsəbəsində görüşlər keçirib

Parlament seçkiləri ilə bağlı, namizədlər haqda hər gün maraqlı məlumatlar yayılmaqdadır…

Bu gün 20 Yanvar faciəsinin 30-cu il dönümü münasibəti ilə əlaqədar olaraq növbədənkənar parlament seçkilərində 50 saylı Abşeron-Qobustan seçki dairəsində deputatlığa namizəd polkovnik Mehdi Mehdiyev seçki qərargahının üzvləri ilə birlikdə Abşeron rayonunun Qobu və Saray qəsəbəsində tədbir keçirmişdir.

Tədbir zamanı ilk öncə Qobu qəsəbəsində Şəhidlər abidəsi ziyarət edilib, abidə önünə əklil qoyulub.

Daha sonra şəhidlərin ruhuna ehsan süfrəsi verilib. Vətən yolunda qəhrəmanlıq göstərərək canlarını fəda edən igidlərin ruhuna dualar oxunub.

Qobu qəsəbəsindəki görüşdən sonra Mehdi Mehdiyev seçki qərargahının üzvləri və ictimaiyyət nümayəndələri ilə birlikdə Abşeron rayonunun Saray qəsəbəsinə gedib.

Saray qəsəbəsində şəhidlər abidəsi ziyarət edilib, abidə önünə gül dəstələri düzülüb.

Saray qəsəbəsində Şəhidlər abidəsi ziyarət edildikdən, şəhidlərin ruhuna dualar oxunduqdan sonra Mehdi Mehdiyev Saray qəsəbəsində yaşayan şəhid Hüməbətov Eyvaz İsmayıl oğlunun, Rüstəmov Vüqar Məlik oğlunun, Cəlilov Rövşən Məmməd oğlunun, Abbasov Muxtar Abbas oğlunun və Mənsimov Adil İliç oğlunun ailəsi ziyarət edilib.

Mehdi Mehdiyev şəhid ailələrinin problem və qayğıları ilə maraqlanıb, dövlətin şəhid və qazi ailələrinə göstərdiyi diqqətdən danışıb.

Şəhid ailələri deputatlığa namizəd Mehdi Mehdiyevə dəstək verdiklərini ifadə ediblər.

pia.az